Layihələr

VIII Beynəlxalq Avrasiya Sosial Elmlər Konqresi

01.05.2024
VIII Beynəlxalq Avrasiya Sosial Elmlər Konqresi

   Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru Mərziyyə Nəcəfova Türkiyənin Muğla vilayətində (25-28 aprel) keçirilən “VIII Beynəlxalq Avrasiya Sosial Elmlər Konqresi”ndə iştirak etmişlər.

   Konfransın açılış mərasimində çıxış edən prof. Sevinc Əliyevanın “Eski türk anıtlarında verilen mesajlar” adlı məruzəsi böyük maraqla qarşılanmışdır.

   Panel iclasındakı məruzəsində isə S.Əliyeva qloballaşmanın türk dillərinə təsiri, o cümlədən Azərbaycan dilinin saflığının qorunması və düzgün tətbiqinin vacibliyi kimi bir sıra məsələlərə toxunmuşdur.