Struktur
-
Sevinc Əliyeva
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoruİmeyl: sevinc.novruzqizi@yandex.ru
1976-cı ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Binəqədi rayonundakı 244 saylı məktəbdə alaraq məktəbi qızıl medalla bitirib.
1997-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini (türk filologiyası ixtisası) fərqlənmə diplomu ilə bitirib.
1998-2002-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun aspirantı olub.
2002-ci ildə Türk dilləri ixtisası üzrə “Orxon-Yenisey abidələrində toponimlər” mövzusunda namizədlik, 2017-ci ildə “Kitabi-Dədə Qorqud”dakı feillərin leksik-semantik inkişafı (ədəbi dilin təşəkkülü kontekstində)” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. Filologiya üzrə elmlər doktoru, professordur.
30-dan artıq beynəlxalq və respublika miqyaslı konfransların iştirakçısı və məruzəçisi, 70-dən çox elmi məqalə və 3 monoqrafiyanın müəllifidir: “Orxon-Yenisey abidələrində toponimlər” (2003), “Kitabi-Dədə Qorqud”un söz yaradıcılığında alınmalar” (2014), “Kitabi-Dədə Qorqud”un mürəkkəb feilləri” (2018).
5710.01−Türk dilləri ixtisası üzrə namizədlik və doktorluq dissertasiyalarına, monoqrafiya və dərsliklərə redaktor və rəyçi olub.
1998-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. Qafqaz Universiteti və Beynəlxalq Universitetdə müxtəlif fənləri tədris edib.
2000-2015-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunda Gənc Alimlər Şurasının sədri olub. İnstitutda keçirilən attestasiyaların nəticəsinə əsasən, 2000-ci ildə kiçik elmi işçi, 2002-ci ildə elmi işçi, 2003-cü ildə böyük elmi işçi, 2008-ci ildə aparıcı elmi işçi vəzifələrində çalışıb.
2016−2020-cı illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Həmkarlar Komitəsinin sədri olub. Həmin illərdə Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar Nəsimi adına Dilçilik İnstitutunda yaradılan Monitorinq şöbəsinin müdiri vəzifəsində işləmişdir.
Hazırda AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi və müdafiə şuralarının üzvüdür.
2020-ci ilin avqust ayında Baş Nazir Əli Əsədovun imzaladığı Sərəncama əsasən Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.
Həmin tarixdən etibarən Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru vəzifəsində çalışır.
-
Gülarə Əmirova
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktor müaviniİmeyl: gulare777@inbox.ru
1969-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Nəsimi rayonundakı 240 saylı məktəbdə alıb.
1992-cı ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini (filoloq, Azərbaycan dili və ədəbiyyatı ixtisası) bitirib.
2004-cü ildə AMEA Nəsimi adına Dilçilik İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında “Əsirəddin Əbu Həyyat əl-Əndəlusinin “Kitab əl-idrak li-lisan əl-ətrak” əsəri Azərbaycan dili tarixi üçün mənbə kimi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Filologiya üzrə fəlsəfə doktoru, dosentdir.
Gülarə Əmirova 40 əsərin, o cümlədən 25 elmi məqalənin müəllifi, bir lüğətin (həmmüəlliflə), 2 kitabın tərtibçisidir.
1989-cu ildən Akademiya sistemində işləmiş, 2004-2012-ci illərdə AMEA-nın Humanitar və İctimai elmlər Bölməsinin elmi katibi, 2012-2021-ci illərdə AMEA Rəyasət Heyətinin elmi katibi vəzifələrində çalışıb. 2019-2021-ci illərdə AMEA Rəyasət Heyətinin Həmkarlar Təşkilatının sədri olub.
AMEA-nın Fəxri fərmanları və Azərbaycan Respublikası Prezidentinin 3 noyabr 2015-ci il tarixli Sərəncamı ilə ”Tərəqqi” medalı ilə təltif olunub.
2021-ci ilin noyabr ayından etibarən Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktor müavini vəzifəsində çalışır.
-
Vəfa İsmayılova
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Reklam və kütləvi informasiya vasitələrinin monitorinqi şöbəsinin müdiri
İmeyl: vafa.ismayilova.65@mail.ru
1965-ci ildə Qərbi Azərbaycanın Yuxarı Körpülü kəndində anadan olub. Orta təhsilini Körpülü kənd orta məktəbində alıb. 1989-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini (jurnalist ixtisasını) bitirib.
1983-1996-cı illərdə Bakı şəhərində yerləşən “Azərelektroterm” Elm İstehsalat Birliyində müxtəlif vəzifələrdə çalışıb.
1996-1999-cu illər ərzində Kənd Təsərrüfatı Nazirliyi Əsaslı Baş Tikinti İdarəsinin QSİ-də kadrlar şöbəsinin rəisi vəzifəsində işləyib.
1999-2015-ci illərdə Nəsimi Rayon İcra Hakimiyyəti Aparatının Əraziidarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində, 2015-2020-ci illər ərzində isə İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.
23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2015-ci il tarixli 1282 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
2020-ci ilin oktyabr ayından etibarən Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Reklam və kütləvi informasiya vasitələrinin monitorinqi şöbəsində baş mütəxəssis, 2021-ci ilin mart ayından isə həmin şöbənin müdiri vəzifəsində çalışır.
-
Səma Vəliyeva
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri
İmeyl: semaveliyeva95@mail.ru
1995-ci ildə Bakı şəhərində anadan olub. Ağdam rayonu 73 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirib.
2016-cı ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini (Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə) bitirib.
2020-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistraturasını (Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası ixtisası üzrə) fərqlənmə diplomu ilə bitirib.
2023-cü ildən AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dili − 5706.01 ixtisası üzrə (qiyabi) doktorantıdır.
İştirakçısı və məruzəçisi olduğu respublika və beynəlxalq miqyaslı elmi-praktik konfranslar:
“Gəncliyimiz və Azərbaycan dili” mövzusunda elmi-praktik konfrans (Naxçıvan şəhəri, 15–16 may 2022)
VI Beynəlxalq Türkologiya Konqresi (Varşava şəhəri, 19–21 sentyabr 2022)
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri” adlı respublika elmi-praktiki konfransı (Bakı şəhəri, 5 may 2023)
Təhlükəsizlik orqanlarının yaradılmasının 105 illik yubileyinə həsr olunmuş “Azərbaycanın təhlükəsizlik orqanları: tarixi inkişaf və müasirlik” mövzusunda respublika elmi-praktiki konfransı (Bakı şəhəri, 15 mart 2024)
“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Azərbaycanda elm və təhsilə şagird baxışı” mövzusunda IV Şagird Respublika Elmi-praktik Konfransı (ekspert) (Bakı şəhəri, 20 iyun 2024) və s.
İşgüzar səfər çərçivəsində Misir Ərəb Respublikasının Qahirə Universiteti və EPS Dillər Mərkəzində əcnəbi tələbələrə “İltisaqi və flektiv dillərin fərqi sferasında Azərbaycan dilinin qrammatik qanunauyğunluqları” mövzusunda təlim keçib.
Rəyçisi və redaktoru olduğu kitablar:
- Məmmədova K.H. Fars dilində işlək sözlərin lüğəti. Bakı, DTX-nin Heydər Əliyev adına Akademiyasının nəşriyyatı, 2023, 288 səh.
- Saytlarımız monitorinq aynasında. Bakı, “Təhsil”, 2023, 456 səh.
- Mahnılarımız monitorinq aynasında. Bakı, “Elm və təhsil”, 2023, 244 səh.
- Reklamların dili monitorinq aynasında. Bakı, “Aspoliqraf”, 2024, 232 səh.
- Mixal Labenda “Azərbaycan dili” (“Język azerbejdżański”) (çapdadır)
Monitorinq Mərkəzi və Azərbaycan Televiziyasının birgə layihəsi olan "Sözün düzü" adlı verilişin redaktorudur.
2024-cü ildə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə və 2023-cü ildəki uğurlu fəaliyyətinə görə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təsis etdiyi “İlin gənci” mükafatı ilə təltif olunub.
2021-ci ilin mart ayından Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Reklam və kütləvi informasiya vasitələrinin monitorinqi şöbəsində aparıcı mütəxəssis, 2024-cü ilin iyun ayından isə Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışır.