Qanunlar
QANUNLAR
Azərbaycan Respublikasında dövlət dili haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Dövlət dilinin hüquqi statusu
1.1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vatəndaşının borcudur.
1.2. Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilir.
1.3. Azərbaycan Respublikası dövlət dilinin işlənməsini, qorunmasını və inkişafını təmin edir.
1.4. Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət bu Qanuna uyğun olaraq həyata keçirilir, o cümlədən kargüzarlıq işləri dövlət dilində aparılır.
1.5. Dövlət dilinin tətbiqinin normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
1.6. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla (və ya onların nümayəndəlikləri ilə) və xarici dövlətlərin diplomatik nümayəndəlikləri ilə yazışmalar Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq xarici dildə Azərbaycan dilinə tərcümə olunmaq şərtilə aparıla bilər.
Maddə 2. Azərbaycan Respublikasında dövlət dili haqqında qanunvericilik
Azərbaycan Respublikasında dövlət dili haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Maddə 3. Dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələri
3.0. Dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:
3.0.1. Azərbaycan Respublikası Konstitusiyasının və bu Qanunun taləblərinə uyğun olaraq dövlət dili ilə bağlı hüquq qaydalarının müəyyənləşdirilməsi;
3.0.2. dövlət dilinin tətbiqi işinə, bu dilin işlənməsi və qorunması ilə bağlı qanunvericiliyin müddəalarına riayət olunmasının təmin edilməsi;
3.0.3. dövlət dilinin inkişaf proqramının hazırlanması və dövlət büdcəsinin vәsaiti hesabına maliyyələşdirilməsinin təmin edilməsi;
3.0.4. dövlət dilinin saflığının qorunması, dilçilik elminin nәzәriyyәsi və praktikasının inkişafı üçün müvafiq şəraitin yaradılması və tədbirlərin həyata keçirilməsi;
3.0.5. dövlət dilinin işlənməsi üçün zəruri olan maddi bazanın yaradılması;
3.0.6. xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dilində təhsil almalarına, bu dildən sərbəst istifadə etmələrinə köməklik göstərilməsi.
II fəsil
DÖVLƏT DİLİNİN İŞLƏNMƏSİ, QORUNMASI VƏ İNKİŞAFI
Maddə 4. Dövlət dilinin rəsmi mərasimlərdə işlənməsi
4.1. Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, dövlət qurumlarının keçirdiyi bütün rəsmi mərasim və tədbirlər Azərbaycan Respublikasının dövlət dilində aparılır.
4.2. Bu Qanunun 4.1-ci maddəsinin tələbləri Azərbaycan Respublikasının təşkil etdiyi beynəlxalq səviyyəli rəsmi mərasimlərə və tədbirlərə, habelə müvafiq icra hakimiyyəti orqanları tərəfindən digər ölkələrdə keçirilən hər hansı rəsmi mərasim və tədbirə şamil olunmur.
Maddə 5. Dövlət dilinin təhsil sahəsində işlənməsi
5.1. Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır.
5.2. Azərbaycan Respublikasında başqa dillərdə təhsil müəssisələrinin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Belə müəssisələrdə dövlət dilinin tədrisi məcburidir.
5.3. Azərbaycan Respublikasında ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir.
Maddə 6. Dövlət dilinin televiziya və radio yayımlarında işlənməsi [1]
Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində təsis edilən və fəaliyyət göstərən, dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli və səlis danışıq qabiliyyətinə malik olmalıdırlar. Televiziya və radio kanallarında dublyaj olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır.
Maddə 7. Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi
7.1. Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. [2]
7.1-1. Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır. Mətndə digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydə alındığı formada göstərilməlidir. [3]
7.2. Azərbaycan Respublikasının ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir.
7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır.
7.4. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.
Maddə 8. Dövlət dilinin xüsusi adlarda işlənməsi
Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Azərbaycan Respublikası vətəndaşlarının adları və soyadlarının dəyişdirilməsi müvafiq qanunvericiliklə tənzimlənir.
Maddə 9. İnzibati ərazi bölgüsü ilə əlaqədar dövlət dilindən istifadə
"Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünü təşkil edən inzibati ərazi vahidlərinin – şəhər, rayon, inzibati ərazi dairəsi, qəsəbə və kəndlərin adları dövlət dilində yazılmalıdır, onların dövlət dilinin normalarına uyğun olaraq yazılışı müvafiq qurum tərəfindən müəyyənləşdirilir. Bu maddədə göstərilən inzibati ərazi vahidlərinin adları dövlət dili ilə yanaşı xarici dillərdə də yazıla bilər. Belə olan halda inzibati ərazi vahidinin adı əvvəlcə dövlət dilində və ondan sonra xarici dildə verilməlidir.
Maddə 10. Coğrafi obyektlərin adlarında dövlət dilinin işlədilməsi
10.1. Azərbaycan Respublikasında coğrafi obyektlərin adlarının dövlət dilinin normalarına uyğun olaraq yazılışı müvafiq qurum tərəfindən müəyyənləşdirilir.
10.2. Azərbaycan coğrafi adlarının xarici dillərdə verilməsi Azərbaycan dilində səslənməsinə, coğrafi adların beynəlxalq yazılış qaydalarına uyğun olaraq müəyyən edilir.
Maddə 11. Dövlət dilinin hüquq mühafizə orqanlarında, Silahlı Qüvvələrdə, notariat fəaliyyətində, inzibati icraatda, məhkəmə icraatında və inzibati xətalar üzrə icraatda işlənməsi [4]
11.1. Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarında Azərbaycan Respublikasının dövlət dili işlənir. Dövlət dilini bilməyən şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada tərcüməçidən istifadə edə bilərlər.
11.2. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, sərhəd qoşunlarında və daxili qoşunlarda, qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, dövlət dili işlənir. [5]
11.3. Azərbaycan Respublikasının notariat fəaliyyəti üzrə kargüzarlıq dövlət dilində aparılır. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə və ya notariat hərəkətinin hər hansı başqa dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edə bilər və ya mətn tərcüməçi tәrәfindәn ona tərcümə edilə bilər.
11.4. Konstitusiya Məhkəməsində icraat dövlət dilində aparılır. Konstitusiya Məhkəməsində baxılan işin iştirakçısı olan və icraatın aparıldığı dili bilməyən şəxslərə işin bütün materiallarının onların bildiyi dilə tərcüməsi və Konstitusiya Məhkəməsinin iclaslarında ana dilində çıxış etməsi təmin olunur.
11.5. Azərbaycan Respublikası məhkəmələrində cinayət mühakimə icraatı dövlət dilində aparılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada bütün növ məhkəmə icraatları digər dillərdə aparıla bilər.
11.6. Azərbaycan Respublikası məhkəmələrində mülki işlər, kommersiya və inzibati mübahisələr üzrə məhkəmə icraatı dövlət dilində aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada bütün növ məhkəmə icraatları digər dillərdə aparıla bilər. [6]
11.7. Azərbaycan Respublikasında İnzibati xətalar üzrə icraat dövlət dilində aparılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati xətalar üzrə icraat digər dillərdə aparıla bilər. [7]
11.8. İnzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən inzibati icraat dövlət dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. İnzibati icraatda iştirak edən və icraatın aparıldığı dili bilməyən şəxslərə tərcüməçinin xidmətindən istifadə etmək hüququ izah və təmin edilir. [8]
Maddə 12. Dövlət dilinin beynəlxalq yazışmalarda işlənməsi
12.1. Azərbaycan Respublikasının beynəlxalq yazışmaları dövlət dilində aparılır. Belə yazışmalar zəruri hallarda dövlət dili ilə yanaşı, müvafiq xarici dillərdən birində də aparıla bilər.
12.2. Azərbaycan Respublikasının ikitərəfli beynəlxalq müqavilələri dövlət dilində də, çoxtərəfli beynəlxalq müqavilələr isə müqavilə bağlayan tərəflərin razılığı ilə müəyyən edilən dildə (dillərdə) tərtib olunmalıdır.
12.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr (sazişlər və s.) və qoşulduğu beynəlxalq konvensiyalar (protokollar və s.) dövlət dilində nəşr edilməlidir.
Maddə 13. Dövlət dilinin normaları
13.1. Dövlət dilinin normaları özündə Azərbaycan ədəbi dilinin orfoqrafiya və orfoepiya normalarını ehtiva edir. Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Hüquqi, fiziki və vəzifəli şəxslər bu normalara əməl etməlidirlər. [9]
13.2. Müvafiq icra hakimiyyəti orqanı 5 ildə bir dəfədən az olmayaraq yazı dili normalarını təsbit edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr olunmasını təmin edir.
Maddə 14. Dövlət dilinin əlifbası
Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır.
Maddə 15. Dövlət dilinin nəşriyyat işində işlənməsi
15.1. Dövlət dilinin nəşriyyat işində işlənməsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həyata keçirilir.
15.2. Azərbaycan Respublikasında dövlət dilində nəşr olunan çap məhsulları latın qrafikalı Azərbaycan əlifbasında buraxılmalıdır.
15.3. Azərbaycan yazı mədəniyyətinin tarixində mühüm rol oynamış ərəb və kiril əlifbalarından xüsusi hallarda (lüğətlərdə, elmi nəşrlərdə ədəbiyyat göstəricisi və s.) istifadə edilə bilər.
Maddə 16. Dövlət dilinin vətəndaşların şəxsiyyətini təsdiq edən rəsmi və vahid nümunəli sənədlərdə işlədilməsi
16.1. Azərbaycan Respublikası vətəndaşlarının doğum və nikah haqqında şəhadətnamələri, şəxsiyyət vəsiqəsi, əmək kitabçası, hərbi bileti və yalnız, ölkə daxilində etibarlı sayılan digər rəsmi və vahid nümunəli sənədlər dövlət dilində tərtib edilir.
16.2. Azərbaycan Respublikası vətəndaşlarının pasport və təhsil haqqında sənədləri, zəruri hallarda digər sənədləri dövlət dili ilə yanaşı xarici dillərdə də tərtib edilir.
Maddə 17. Dövlət dilinin dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adında işlədilməsi
Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar, möhürlər və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib olunur.
Maddə 18. Dövlət dilinin qorunması və inkişafı
18.1. Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır.
18.2. Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər.
III fəsil
YEKUN MÜDDƏALARI
Maddə 19. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanun pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə 20. Qanunun qüvvəyə minməsi
20.1. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
20.2. Bu Qanun qüvvəyə mindiyi gündən "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının 22 dekabr 1992-ci il tarixli 413 nömrəli Qanunu qüvvədən düşmüş hesab edilir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2002-ci il
№ 365-IIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 10 iyun 2003-cü il tarixli 471-IIQDnömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 415)
- 11 iyun 2004-cü il tarixli 688-IIQDnömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 598)
- 9 oktyabr 2007-ci il tarixli 430-IIIQDnömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053)
- 10 iyun 2011-ci il tarixli 150-IVQDnömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 30 iyun 2011-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 483)
- 29 noyabr 2016-cı il tarixli 417-VQDnömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 yanvar 2017-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 5)
- 1 fevral 2019-cu il tarixli 1460-VQDnömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 fevral 2019-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 180)
- 19 fevral 2019-cu il tarixli 1518-VQDnömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 aprel 2019-cu il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 578)
- 8 may 2020-ci il tarixli 96-VIQDnömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 iyun 2020-ci il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 674)
- 8 may 2020-ci il tarixli 93-VIQDnömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 iyun 2020-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 671)
- 29 iyun 2020-ci il tarixli 150-VIQD nömrəliAzərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 856)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 10 iyun 2003-cü il tarixli 471-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 415) ilə 6-cı maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 6. Dövlət dilinin televiziya və radio yayımlarında işlənməsi
6.1. Azərbaycan Respublikasının ərazisində təsis edilən və fəaliyyət göstərən mülkiyyət formasından asılı olmayaraq bütün televiziya və radio yayımları dövlət dilində aparılır.
6.2. Azərbaycan Respublikasının ərazisində təsis edilən və fəaliyyət göstərən mülkiyyət formasından asılı olmayaraq dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməlidirlər və onların səlis danışıq qabiliyyəti olmalıdır. Televiziya və radio kanallarında dublyaj olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır.
[2] 29 noyabr 2016-cı il tarixli 417-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 yanvar 2017-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 5) ilə 7.1-ci maddənin üçüncü cümləsindən “reklam və” sözləri çıxarılmışdır.
[3] 29 noyabr 2016-cı il tarixli 417-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 yanvar 2017-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 5) ilə yeni məzmunda 7.1-1-ci maddə əlavə edilmişdir.
19 fevral 2019-cu il tarixli 1518-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 aprel 2019-cu il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 578) ilə 7.1-1-ci maddəsinin üçüncü cümləsində “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilmişdir.
8 may 2020-ci il tarixli 96-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 iyun 2020-ci il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 674) ilə 7.1-1-ci maddəsinin ikinci cümləsində “kiçik olmalı və reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox” sözləri “böyük” sözü ilə əvəz edilmişdir.
[4] 9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053) ilə 11-ci maddənin adında “məhkəmə icraatında” sözlərindən əvvəl “inzibati icraatda,” sözləri əlavə edilmişdir.
[5] 1 fevral 2019-cu il tarixli 1460-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 fevral 2019-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 180) ilə 11.2-ci maddədən “sərhəd qoşunlarında və daxili qoşunlarda,” sözləri çıxarılmışdır.
[6] 10 iyun 2011-ci il tarixli 150-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 30 iyun 2011-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 483) ilə 11.6-cı maddəsinin birinci cümləsində “mülki işlər” sözlərindən sonra “, inzibati” sözü əlavə edilmişdir.
29 iyun 2020-ci il tarixli 150-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 856) ilə 11.6-cı maddəsinin birinci cümləsində “inzibati və iqtisadi” sözləri “kommersiya və inzibati” sözləri ilə əvəz edilmişdir.
[7] 11 iyun 2004-cü il tarixli 688-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 598) ilə 11.4-cü maddə əlavə edilmiş, 11.4-11.6-cı maddələr müvafiq olaraq 11.5-11.7-ci maddələr hesab edilmişdir.
[8] 9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053) ilə 11.8-ci maddə əlavə edilmişdir.
[9] 8 may 2020-ci il tarixli 93-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 iyun 2020-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 671) ilə 13.1-ci maddə yeni redaksiyada verilmişdir.
Reklam haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 26-cı bəndlərinə uyğun olaraq, reklamın sifarişi, istehsalı (hazırlanması) və yayımlanması sahəsində münasibətlərin, onlara nəzarətin və tənzimləmənin, həmçinin reklam sahəsində özünütənzimləmənin hüquqi əsaslarını müəyyən edir. [1]
1-ci fəsil
Ümumi müddəalar
Maddə 1. Qanunun tətbiqi dairəsi
1.1. Bu Qanun Azərbaycan Respublikasının ərazisində reklam fəaliyyətinin subyektləri arasında reklamın sifarişi, istehsalı, yayımı, istehlakı ilə bağlı yaranan münasibətlərə tətbiq edilir.
1.2. Bu Qanun siyasi reklama, istehlakçılara çatdırılması “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş, habelə malın qabı üzərində onun istehsalçısı, idxalçısı yaxud ixracatçısı, malın adı, növü, tərkibi və istifadə qaydaları, istehsal tarixi və yararlılıq müddəti, saxlanma şərtləri barədə məlumatlara, hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlarına, əmtəənin bazarda satılması məqsədi daşımayan və sosial reklam olmayan redaksiya-nəşr, sorğu-informasiya və analitik materiallarına, dövlət orqanlarının, bələdiyyələrin reklam xarakteri daşımayan və sosial reklam olmayan məlumatlarına, reklam xarakterli məlumatlar yerləşdirilməyən lövhələrə və göstəricilərə, elm, ədəbiyyat, incəsənət əsərlərinə şamil olunmur.
1.3. Ələt azad iqtisadi zonasında reklamın sifarişi, istehsalı, yayımı, istehlakı ilə bağlı yaranan münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. [2]
Maddə 2. Əsas anlayışlar
2.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:
2.0.1. reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumat;
2.0.2. reklam fəaliyyəti - reklam istehlakçısının diqqətini reklam obyektinə cəlb etmək məqsədi ilə reklamvericinin, reklam yaradıcısının, reklam istehsalçısının, reklam agentinin və reklam yayıcısının hərəkətlərinin məcmusu;
2.0.3. reklam obyekti – reklam olunan mallar, işlər və xidmətlər (bundan sonra - əmtəə), onun fərdiləşdirilmə vasitələri, həyata keçirilən kommersiya və qeyri-kommersiya xarakterli tədbirlər;
2.0.4. reklamın subyektləri – reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, reklam agenti, reklam yayıcısı və reklam istehlakçısı;
2.0.5. reklamverici – reklam obyektinin reklamının yaradılmasını, istehsalını, yayımını sifariş edən, maliyyələşdirən və reklamın məzmununu təyin edən şəxs;
2.0.6. reklam yaradıcısı – reklamın ümumi tərtibatını, o cümlədən rəng çalarlarını, səs müşayiətini, obrazlarını yaradan fiziki şəxs;
2.0.7. reklam istehsalçısı – məlumatı reklam formasında yayımlamaq üçün bütövlüklə yaxud qismən hazırlayan şəxs;
2.0.8. reklam agenti – reklamverici, reklam yaradıcısı və reklam istehsalçısı ilə müqavilə əsasında onların adından fəaliyyət göstərən fiziki və hüquqi şəxs;
2.0.9. reklam yayıcısı – reklamı bu Qanunda nəzərdə tutulmuş qaydada, müxtəlif forma, üsul və vasitələrlə yayımlayan şəxs;
2.0.10. reklamın istehlakçısı – diqqəti reklam obyektinə cəlb edilən fiziki şəxs;
2.0.11. reklam daşıyıcısı - reklamın istehlakçıya çatdırılması üçün istifadə olunan daşınmaz və daşınar (o cümlədən ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğuları, nəqliyyat vasitələri və s.) əmlak, kütləvi informasiya vasitələri, kino, video, audio materiallar və çap məhsulları, telekommunikasiya qurğuları və poçt göndərişləri. [3]
Maddə 3. Azərbaycan Respublikasının reklam haqqında qanunvericiliyi
3.1. Azərbaycan Respublikasının reklam haqqında qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, reklamı bu Qanuna uyğun tənzimləyən normativ hüquqi aktlardan, o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarından və bu Qanundan ibarətdir.
3.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanunda göstərilənlərdən fərqli qaydalar nəzərdə tutulduqda, həmin müqavilələrdə təsbit olunan qaydalar tətbiq edilir.
Maddə 4. Reklama dair ümumi tələblər
4.1. Reklam bu Qanunla qadağan edilməyən üsul və vasitələrlə reklam istehlakçılarının diqqətini əmtəəyə cəlb etməli, əmtəə barədə məlumat vermək və rəy formalaşdırmaqla ona tələbat yaratmalıdır.
4.2. Reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməlidir.
4.3. İstehsalı (satışı) lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda, reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir.
4.4. Reklam dövlət əleyhinə yönələn açıq çağırışlara, dövlətə xəyanətə, terrorçuluğa, zorakılığa, təcavüzə, milli mənəvi dəyərlərə, insanların həyat və sağlamlığına, şərəf və ləyaqətinə, dini və siyasi əqidəsinə, ictimai təhlükəsizliyə, ətraf mühitə ziyan vura biləcək hərəkətlərə təhrik etməməlidir. Reklamda Azərbaycan Respublikasının dövlət rəmzlərinin və atributlarının təhrifinə, etik normalara zidd hallara yol verilməməlidir.
4.5. Reklamda əmtəənin dövlət və yerli özünüidarəetmə orqanları, dövlət mülkiyyətində yaxud asılılığında olan kommersiya və qeyri-kommersiya təşkilatları, publik hüquqi şəxslər, büdcədənkənar fondlar və ya onların vəzifəli şəxsləri tərəfindən dəstəklənməsinə yol verilmir. [4]
4.6. Narkotik vasitələrin, psixotrop maddələrin, pornoqrafiyanın, tütün və tütün məmulatlarının və bu Qanunla reklamı qadağan olunan digər məhsulların reklamına yol verilmir.
4.7. Reklamda “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına riayət edilməlidir. Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır. Mətnində digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydə alındığı formada göstərilməlidir. [5]
4.8. Reklam qurğuları insanların rahatlığını pozmamalı, nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaratmamalı, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş texniki tələblərə cavab verməlidir. Reklam qurğusundan yalnız reklamın yayımlanması məqsədi ilə istifadə oluna bilər.
4.9. Reklamda yalnız Azərbaycan Respublikası ərazisində tətbiqinə icazə verilmiş ölçü vahidlərindən istifadə olunmalı, əmtəələrin qiyməti Azərbaycan Respublikasının pul vahidi (rüsumsuz ticarət mağazaları istisna olmaqla) ilə göstərilməlidir.
Maddə 5. Reklama müəlliflik hüququ
Reklam “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan şərtlər hüdudunda müəlliflik hüququ və əlaqəli hüquqların obyektidir.
Maddə 6. Haqsız reklam
6.1. Reklam aşağıdakı hallarda haqsız hesab edilir:
6.1.1. reklam olunan əmtəə ilə eyni funksiyaları yerinə yetirən yaxud yetirə bilən, başqa istehsalçıların yaxud satıcıların əmtəəsinin keyfiyyət və (və ya) kəmiyyət göstəriciləri arasında digər bazar iştirakçılarının adını çəkməklə və (və ya) əmtəəni göstərməklə müqayisə aparıldıqda;
6.1.2. müxtəlif vasitələr və (və ya) üsullarla bazar rəqibinin şərəf və ləyaqəti, işgüzar nüfuzu aşağılandıqda;
6.1.3. əmtəə barədə bilərəkdən həqiqətə uyğun olmayan reklam verildikdə;
6.1.4. reklam olunan əmtəədən istifadə etməyən və ya rəqiblərin əmtəəsindən istifadə edən şəxslərə istehza olunmaqla, başqa şəxslərdə onlara qarşı mənfi rəy formalaşdırmağa cəhd olunduqda;
6.1.5. müəlliflik hüquqlarından və əlaqəli hüquqlardan qeyri-qanuni istifadə olunduqda, başqa əmtəələrin reklam materiallarının plagiatçılığına yol verildikdə;
6.1.6. reklam edilən əmtəə başqa istehsalçıların və satıcıların əmtəəsinə çaşqınlıq yarada biləcək dərəcədə bənzədildikdə;
6.1.7. reklam edilən əmtəənin sağlamlığa və ətraf mühitə mənfi təsiri barədə məlumatlar qəsdən gizlədildikdə;
6.1.8. reklam qadağan olunmuş vasitələr və (və ya) üsullarla, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun müəyyən etdiyi yerlərdən kənarda, bu Qanunla müəyyən olunmuş vaxtdan əvvəl yaxud sonra yayımlandıqda; [6]
6.1.9. reklamı konkret üsulla, konkret vaxtda və (və ya) yerdə qadağan olunmuş əmtəənin yaxud onun əmtəə nişanının, habelə onunla qarışdırıla biləcək dərəcədə yaxın olan əmtəə nişanının reklamından istifadə edildikdə.
6.2. Haqsız reklama yol verilmir.
Maddə 7. Qeyri-dəqiq reklam
7.1. Aşağıdakılar barədə məlumatları təhrif edilmiş, həqiqətə uyğun olmayan şəkildə əks edən reklam qeyri-dəqiq hesab olunur:
7.1.1. əmtəənin istehsalçısı, satıcısı və mənşəyi;
7.1.2. əmtəənin bazarda mövcudluğu, onun göstərilən miqdarda, vaxtda və yerdə əldə edilməsi imkanları;
7.1.3. əmtəənin təyinatı, tərkibi, istehlak xassələri, o cümlədən, istifadə şəraiti, dəstləşdirilməsi, istehsal olunduğu vaxt, yararlılığının son tarixi və istifadə müddəti;
7.1.4. reklam edilən vaxt əmtəənin qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri;
7.1.5. əmtəənin istehlakçıya çatdırılmasının, keyfiyyətinə zəmanət verilməsinin, satışdan sonra servis xidmətlərinin göstərilməsinin, dəyişdirilməsinin, geri qaytarılmasının şərtləri və müddəti;
7.1.6. əmtəənin istehsalına (satışına) verilmiş lisenziyanın, uyğunluq sertifikatının mövcudluğu, layiq görüldüyü mükafatlar;
7.1.7. dövlətlərin və beynəlxalq təşkilatların rəsmi rəmzlərindən, hüquqi şəxslərin əmtəə nişanlarından, şəxslərin əqli mülkiyyət hüquqlarından istifadəyə hüququn olması;
7.1.8. əmtəənin tədqiqinin və sınağının nəticələri;
7.1.9. reklam olunan əmtəə barədə əlavə məlumatların alınmasının mümkünlüyü;
7.1.10. reklam edilən əmtəənin reklamvericisi, onun reklamının yaradıcısı, istehsalçısı, agenti, yayıcısı;
7.1.11. lotereyaların, müsabiqələrin, oyunların, o cümlədən idman mərc oyunlarının və digər tədbirlərin şərtləri, qaydaları və müddətləri, uduşların məbləği və hədiyyələr, onların verildiyi yer və əldəetmə qaydaları, bu cür tədbirlər haqqında məlumat verən mənbə.
7.2. Qeyri-dəqiq reklama yol verilmir.
Maddə 8. Gizli reklam
8.1. Reklam istehlakçısının şüuruna təsir göstərməklə, diqqətini reklam obyektinə cəlb etmək üçün reklam daşıyıcılarında reklam qismində təqdim edilmədən, “reklam” yaxud “reklam hüququ əsasında” qeydi olmadan verilən məlumat gizli reklamdır.
8.2. Gizli reklama yol verilmir.
Maddə 9. Reklamın təkzib edilməsi
9.1. Reklamın təkzib edilməsi haqsız, qeyri-dəqiq və gizli reklamın mənfi nəticələrinin qarşısının alınması və aradan qaldırılması üçün bu Qanunun tələblərini pozmuş reklam fəaliyyətinin subyekti tərəfindən verilir.
9.2. Bu Qanunun tələblərini tələblərini pozmuş reklam fəaliyyətinin subyekti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddət ərzində reklamı təkzib etməyə borcludur. Bunun üçün tələb olunan bütün xərclər qanunu pozmuş reklam fəaliyyətinin subyekti tərəfindən ödənilir.
9.3. Reklamın təkzib edilməsi obyektivliyinin təmin olunması üçün onun yayımlanma vaxtı, davamiyyəti, yeri, vasitələri haqsız, qeyri-dəqiq və gizli reklamın göstəriciləri ilə bərabər olmalı, məzmunu müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Reklamın təkzib edilməsinin vaxtı, davamiyyəti, vasitələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaxud onunla razılaşdırılmaqla dəyişdirilə bilər.
9.4. Reklamın təkzib edilməsini müəyyən olunmuş müddət ərzində təmin etməyən reklam fəaliyyətinin subyektinin reklam sahəsində fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında reklam təkzib edilənədək dayandırıla bilər. Bu halda müvafiq icra hakimiyyəti orqanı reklam fəaliyyətinin həmin subyekti ilə həmin reklam sahəsində müqavilə bağlamış bütün tərəflərə məlumat verir.
9.5. Haqsız, qeyri-dəqiq və gizli reklam nəticəsində reklam istehlakçısına dəyən zərər məhkəmənin qərarı ilə təqsirkar bilinmiş reklam fəaliyyətinin subyekti tərəfindən ödənilir.
9.6. Bu Qanunda nəzərdə tutulan halda reklamı təkzib etməyən və ya təkzibi yayımlama şərtlərinə əməl etməyən reklam fəaliyyətinin subyekti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyır.
Maddə 10. Sosial reklam
10.1. Sosial reklam - insanların şüurunda ictimai normalara uyğun davranış qaydalarının formalaşdırılmasına və təkmilləşdirilməsinə, onların diqqətinin cəmiyyətdəki sosial məsələlərə, mədəni irsi qorumağa cəlb edilməsinə yönəlmiş, maarifləndirmə və xeyriyyəçilik məqsədi daşıyan qeyri-kommersiya xarakterli məlumatdır.
10.2. Sosial reklamın sifarişçiləri dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərdir.
10.3. Sosial reklamda çətin vəziyyətdə yaxud müalicəyə ehtiyacı olan fiziki şəxslər, habelə reklamvericinin adı istisna olmaqla, reklam istehsalçısının, reklam agentinin, reklam yayıcısının adı, maarifləndirmə və xeyriyyəçilik fəaliyyətinə dair məlumatlar verilə, əmtəələri, əmtəə nişanları və loqotipləri göstərilə bilməz.
10.4. Sosial reklamın reklamvericisinin reklam istehsalçısı, reklam yayıcısı və reklam agenti ilə, habelə reklam istehsalçısı yaxud reklam agentinin reklam yayıcısı ilə münasibətləri müqavilə ilə tənzimlənir. Sosial reklam dövlət və ictimai yayımçılar tərəfindən ödənişsiz yayımlanır.
10.5. Mülkiyyət formasından asılı olmayaraq, hər bir reklam yayıcısı televiziya və radio yayımı zamanı reklam üçün ayrılan efir vaxtının, nəşrlərdəki reklam yerlərinin və reklam qurğularının ümumi sahəsinin ən azı səkkiz faizini sosial reklam üçün ayırmağa borcludur. Sosial reklam efirdə məzmununa uyğun olaraq saat 9.00-dan 00.00-a qədər olan müddət ərzində yayımlanmalıdır.
10.6. Televiziya və radioda yayımlanan sosial reklamın müddəti reklam üçün ayrılan ümumi efir vaxtına daxil edilmir.
Maddə 11. Reklamı qadağan olunmuş əmtəələr
11.1. Azərbaycan Respublikasının ərazisində mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların, habelə reklam istehlakçısının mənəviyyatına, fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərən, onda zərərli vərdişlər aşılayan, ictimai təhlükəsizlik, ətraf mühit üçün təhlükə potensialı olan əmtəələrin və hərəkətlərin reklamı qadağandır.
11.2. Reklamı qadağan olunan əmtəələrin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir və dövrü nəşrlərdə dərc etdirir.
Maddə 12. Reklamda yetkinlik yaşına çatmayanların müdafiəsi
12.1. Yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsirin qarşısını almaq məqsədi ilə reklamda aşağıdakılar qadağan olunur:
12.1.1. valideynlərin, qəyyumların, himayəçilərin, tərbiyəçilərin və başqa şəxslərin nüfuzuna xələl gətirən, onlara olan etibarı zəiflədən məlumatların verilməsi;
12.1.2. başqa şəxsə münasibətdə kobudluğun, nifrət hissinin, təcavüzkarlığın, zərərli vərdişlərin aşılanması;
12.1.3. qüvvətləndirici və fərqləndirici sözlər vasitəsilə ailənin maddi vəziyyətindən asılı olmayaraq əmtəənin əldə edilməsinin mümkünlüyü fikrini yaratmaqla, valideynlərin və başqa şəxslərin bu əmtəəni almağa vadar edilməsinə yönəlmiş məlumatlar;
12.1.4. həyat və sağlamlıq üçün təhlükəli olan hərəkətləri nümayiş etdirməklə, onların təkrarlanmasına sövqetmə;
12.1.5. yetkinlik yaşına çatmayanlara aid olmayan əmtəənin reklamının onlar üçün nəzərdə tutulmuş kütləvi informasiya vasitələrində, teleradio proqramlarında (verilişlərində) yerləşdirilməsi;
12.1.6. yetkinlik yaşına çatmayanlara ünvanlanan yaxud onların iştirakı ilə yayımlanan reklamlarda uşaqların maraqlarına zərbə vuran ünsürlərdən istifadə olunması;
12.1.7. yetkinlik yaşına çatmayanların psixoloji gərginlik yarada biləcək vəziyyətlərdə göstərilməsi;
12.1.8. energetik içkilərdən istifadə olunması ilə bağlı yetkinlik yaşına çatmayanlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) energetik içkilərin reklamı ilə kəsilməsi. [7]
12.2. Yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazisindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz.
12.3. Uşaqlar üçün kino və video xidmətlərin göstərilməsi zamanı, uşaq teleradio proqramlarında və verilişlərində, uşaqlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş kateqoriyasına uyğun olmalıdır. [8]
12.4. Uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarında (telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi vasitəsilə yayılan informasiya məhsulları və sellülar (mobil) rabitə şəbəkəsi də daxil olmaqla) onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsinə yol verilmir.
Maddə 13. Sponsor və sponsor reklamı
13.1. Sponsor - idman, mədəni-kütləvi və digər tədbirlərin təşkili və (və ya) keçirilməsi, elektron informasiya vasitələrində proqramın (verilişin) yaradılması və (və ya) yayımlanması, habelə əqli fəaliyyətin başqa nəticələrindən istifadə olunması üçün könüllü maliyyə vəsaiti və (və ya) digər maddi vəsait ayıran yaxud ayrılmasını təmin edən ºəxsdir.
13.2. Sponsor reklamı – şəxsin sponsor qismində göstərilməsi şərti ilə yayımlanan reklamdır. Sponsor reklamında yalnız sponsorun adı, fəaliyyət sahəsi və əmtəəsi haqqında məlumat, əmtəə nişanı, firmanın loqosu, qaçan sətirlə göstərilməklə, vizual yaxud audio vasitələrlə təqdim oluna bilər. Televiziya və radioda verilən sponsor reklamında bu məlumatların ümumi həcmi hər bir proqramda (verilişdə) 2 dəqiqədən çox olmamalıdır.
13.3. Tündlüyü 5 faizdən çox olan alkoqollu içkilərin istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər bu Qanunun 27.1.9-cu maddəsində göstərilən vaxt məhdudiyyəti nəzərə alınmaqla sponsor qismində göstərilə bilər.
13.4. Bu Qanunla reklamı qadağan edilmiş malların istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər sponsor ola bilməz.
13.5. Əmtəə sponsor qismində göstərilə bilməz.
13.6. Sponsor reklamı sponsorla reklam istehsalçısı, reklam agenti və (və ya) reklam yayıcısı arasında bağlanılan müqavilə əsasında hazırlanır və (və ya) təqdim olunur.
13.7. Sponsor reklamında "sponsor" sözünün başqa anlayışlarla əvəz olunmasına yol verilmir.
Maddə 14. Məsafədən satış üsulu ilə satılan malların reklamı
14.1. Məsafədən, yəni satıcı ilə alıcı arasında birbaşa təmas olmadan, alıcıya əmtəə ilə bilavasitə tanış olmaq imkanı verilmədən (kataloqlar, prospektlər, bukletlər, elektron ticarət vasitələri) satılan əmtəənin reklamında onun satıcısı barədə aşağıdakı məlumatlar verilməlidir:
14.1.1. hüquqi şəxsin adı, ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
14.1.2. sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin adı, soyadı, atasının adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
14.1.3. əlaqə məlumatları (telefon, faks, elektron poçt ünvanı).
14.2. Satıcı alıcı ilə müqavilə bağlamazdan əvvəl Azərbaycan Respublikasının Mülki Məcəlləsi və bu Qanunla müəyyən olunmuş məlumatları alıcıya bildirməlidir.
14.3. Məsafədən satış zamanı əmtəə endirimli qiymətlə təqdim edildikdə, reklamda endirimdən əvvəlki və sonrakı qiymətlər barədə məlumatlar reklam istehlakçısına çatdırılmalıdır.
Maddə 15. Əmtəə satışını stimullaşdıran tədbirlər haqqında reklam
15.1. Əmtəə satışını stimullaşdıran tədbirlər haqqında reklam müəyyən əmtəəni əldə etmiş alıcılar arasında lotereya, müsabiqə, oyun və digər tədbirlərin keçirilməsi haqqında məlumatdır.
15.2. Əmtəə satışını stimullaşdıran tədbirlər haqqında reklamda lotereyanın, müsabiqənin, oyunun və digər tədbirlərin keçirilməsinin şərtləri, vaxtı və müddəti, uduş fondu, uduşların verildiyi yer və vaxt, alınması şərtləri, onların təşkilatçısı barədə məlumatlar əks olunmalı yaxud səsləndirilməlidir.
15.3. Əmtəə satışını stimullaşdıran tədbirlərdə müəyyən əmtəəni satın alana hədiyyə qismində tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilər, tütün və tütün məmulatları təklif oluna bilməz.
15.4. Tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkiləri, tütün və tütün məmulatlarını alanlara hədiyyə qismində başqa əmtəələrin təklifi qadağandır.
Maddə 16. Əmtəənin qiymətinin dəyişməsi haqqında reklam
16.1. Əmtəənin qiymətinin dəyişməsinin reklamında aşağıdakı məlumatlar göstərilməlidir:
16.1.1. qiymətin dəyişməsi kampaniyasının başlanma tarixi, müddəti;
16.1.2. qiyməti dəyişdirilən əmtəələrin siyahısı;
16.1.3. qiyməti dəyişdirilən əmtəənin mövcud qiyməti.
16.2. Reklamda əmtəənin qiymətinin əvvəlki qiymətlə müqayisədə mütləq yaxud nisbi ifadə ilə dəyişməsi qeyd olunmalıdır.
Maddə 17. Reklamda müqavilə bağlamaq haqqında açıq təklif (oferta)
17.1. Reklamda müqavilə bağlamaq üçün açıq təklif (oferta) və onun nəticələri, oferent və akseptant arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
17.2. Oferta hesab edilmiş reklamın qüvvədəolma müddəti reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı və ya reklam agenti ilə reklam yayıcısı arasında bağlanılan müqavilədə müəyyən olunur.
Maddə 18. Reklam materiallarının saxlanma müddəti
Reklam materialları (surətləri), habelə onlara edilən dəyişikliklər, reklamın istehsalına, yerləşdirilməsinə və yayımına dair müqavilələr reklamın son yayımından və ya müqavilə müddətinin bitdiyi tarixindən etibarən reklamvericidə, reklam yaradıcısında, reklam istehsalçısında, reklam agentində və reklam yayıcısında azı bir il müddətində saxlanmalıdır.
Maddə 19. Reklamverici tərəfindən sənədlərin təqdim olunması
19.1. Reklamverici reklam yaradıcısı, reklam istehsalçısı və ya reklam agenti tərəfindən reklamda əks olunacaq (yayımlanacaq) məlumatların həqiqiliyini təsdiqləyən sənədləri, həmin şəxslər tələb etdikdə, təqdim etməyə borcludur.
19.2. Reklamverici bu Qanunun 19.1-ci maddəsinə uyğun olaraq tələb olunan sənədləri təqdim etmədikdə, reklam yaradıcısı, reklam istehsalçısı, reklam agenti və reklam yayıcısı onunla müqavilə bağlamaqdan imtina edir.
19.3. Reklamverici xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növü üzrə əmtəənin reklamı zamanı reklam yaradıcısı, reklam istehsalçısı, reklam agenti və reklam yayıcısının tələbinə əsasən, xüsusi razılığın (lisenziyanın) surətini həmin şəxslərə təqdim etməyə borcludur.
19.4. Sifariş edilən reklamın bu Qanunun tələblərinə uyğun olmasına görə reklamverici, reklam istehsalçısı və reklam yayıcısı məsuliyyət daşıyır.
2-ci fəsil
Reklam yayımlanması vasitələrinin xüsusiyyətləri
Maddə 20. Teleradio proqramlarında (verilişlərində) reklam
20.1. Teleradio proqramlarında (verilişlərində) yayımlanan reklam asan başa düşülən olmalı və həmin proqramların (verilişlərin) elementlərindən vizual (görüntülü) və (və ya) akustik (səsli) şəkildə fərqlənməlidir.
20.2. Teleradio proqramı (verilişi) reklam yayımlanması məqsədi ilə onun başlanması barədə xəbərdarlıqdan sonra kəsilə bilər (sponsor reklamı istisna edilməklə). Reklamın, o cümlədən onun başlanması barədə xəbərdarlığın səsinin yüksəklik həddi yayımlanan proqramın (verilişin) səs yüksəkliyi həddindən artıq olmamalıdır. Səs yüksəkliyinin həddi texniki qaydalara uyğun olaraq müəyyən edilir.
20.3. Bir verilişin yayımı zamanı reklam bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinin tələbləri nəzərə alınmaqla göstərilə bilər. Reklam ayrı-ayrı verilişlərin arasına blok şəklində salınmalıdır.
20.4. Müstəqil hissələrdən ibarət teleradio proqramlarında (verilişlərində), idman proqramlarında, fasilələrlə gedən tədbirlərin və tamaşaların yayımında reklam yalnız müstəqil hissələrin arasında ya da fasilələrdə verilə bilər. Ayrıca verilişlərdə bir reklam blokunun sonu ilə növbəti reklam blokunun əvvəli arasındakı zaman kəsiyi 15 dəqiqədən az olmamalıdır.
20.5. Bədii və televiziya filmləri 45 dəqiqədən çox davam edərsə, yalnız 45 dəqiqədən sonra reklamla kəsilə bilər. Filmlər bir və ya bir neçə 45 dəqiqədən azı 20 dəqiqə çox çəkərsə daha bir reklam fasiləsinə icazə verilir.
20.6. Xəbər proqramları, dini və uşaqlar üçün verilişlər, həmçinin 30 dəqiqədən az çəkən seriallar, əyləncəli proqramlar, siyasi verilişlər, sənədli filmlər reklamla kəsilə bilməz. Əgər bu proqram və verilişlər 30 dəqiqədən çox çəkərsə, bu Qanunun 20.4-cü, bir və ya bir neçə 45 dəqiqədən ən azı 20 dəqiqə çox çəkərsə, bu Qanunun 20.5-ci maddələrinin tələbləri onlara da şamil edilir.
20.7. Reklamın ümumi həcmi bir saatda 12 dəqiqədən çox ola bilməz.
20.8. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən elan olunmuş matəm günlərində teleradio proqramlarında (verilişlərində) reklam yayımlanması qadağandır.
20.9. Aşağıdakılar reklam sayılmır:
20.9.1. reklam yayıcısının öz məhsullarını anons etməsi;
20.9.2. kommunal xidməti təşkilatlarının və xeyriyyəçilərin yayımladığı elanlar.
20.10. Azərbaycan Respublikası Milli Məclisi sessiyalarının, rəsmi dövlət tədbirlərinin, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Baş nazirinin, Azərbaycan Respublikası Milli Məclisi sədrinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin çıxışları reklam materiallarının verilməsi məqsədi ilə kəsilə bilməz, habelə reklam materialları qaçan sətirlər vasitəsilə yayımlana bilməz.
Maddə 21. Qaçan sətirlə verilən reklam
21.1. Qaçan sətir reklamın elektron vasitələrlə mətnlə və (və ya) qrafiklə, hərəkət edən şəkildə verilməsidir.
21.2. Qaçan sətirlə yayımlanan reklamın təqdim olunma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 22. Dövri mətbu nəşrlərdə, yazılı bildirişlərdə, çap və audiovizual məhsullarda reklam
22.1. Reklam xarakteri daşımayan dövri mətbu nəşrlərdə yerləşdirilən reklam müvafiq olaraq “reklam” və ya “reklam hüququ ilə” qeydləri edilməklə verilməlidir. Bu cür nəşrlərdə yerləşdirilən reklam dövri mətbu nəşrin ümumi həcminin 30 faizindən çox olmamalıdır (dövri mətbu nəşrin üz və arxa qabığında, qəzetlərin birinci səhifəsində verilən reklam istisna olmaqla).
22.2. Yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə onlara aid olmayan əmtəələrin reklamı qadağandır.
22.3. Əhaliyə göndərilən yazılı bildirişlərdə (forması rəsmi təsdiq olunmuş bildirişlər istisna olmaqla) reklam (həmin müəssisənin özü barədə yerləşdirdiyi məlumat istisna edilməklə) onu göndərən müəssisə ilə reklamverici (reklam istehsalçısı, reklam agenti) arasında bağlanılan müqavilə əsasında yerləşdirilə bilər.
22.4. Dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz.
22.5. Dövri mətbu nəşrlərdə yayımlanan elanlarda (anonslarda) əmtəə nişanının, reklamvericinin, sponsorun adının və loqosunun yerləşdirilməsi reklam hesab olunur.
22.6. Audiovizual məhsulların qabının üzərində "reklamla" yaxud "reklamsız" qeydləri olmalıdır.
Maddə 23. Telekommunikasiya qurğuları və poçt göndərişləri ilə yayımlanan reklam
23.1. Telekommunikasiya operatoru və provayderi reklamverici ilə bağlanılan müqavilə əsasında reklam yayımlaya bilər. Telekommunikasiya operatoru və provayderi abunəçiyə reklamı yalnız abunəçi ilə bağlanılan yazılı müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər. Telekommunikasiya operatoru və provayderi abunəçiyə reklam göndərilməsindən istənilən vaxt imtina etmək və ya abunəçiyə yalnız arzuladığı reklamın yayımlanması üçün imkan yaratmalıdır. Abunəçinin razılığı olmadan və ya bu Qanunun müddəalarına zidd olan reklamın göndərilməsi üçün telekommunikasiya operatoru və provayderi məsuliyyət daşıyır.
23.2. Telekommunikasiya operatoruna və (və ya) provayderə məlumat üçün müraciət edən abunəçinin sorğusuna cavab verilənədək reklam yayımlana bilər. Məlumat xidməti ödənişli olduqda, reklam yayımlanması arayışın dəyərinə daxil edilə bilməz.
23.3. Poçt göndərişi üzərində reklamın yerləşdirilməsi üçün poçt rabitəsi operatoru ilə reklamverici (reklam istehsalçısı, reklam agenti) arasında müqavilə bağlanmalıdır.
23.4. Poçt rabitəsinin operatorunun reklamverici (reklam istehsalçısı, reklam agenti) ilə bu müqaviləni bağlaması üçün müvafiq icra hakimiyyəti orqanının razılığı olmalıdır.
Maddə 24. Teatr tamaşası, kino, konsert və digər kütləvi tədbirlər xidməti göstərilərkən yayımlanan reklam
24.1. Teatr tamaşası və kino xidməti göstərilərkən reklam teatrın və kinoteatrın foyesində, konsert və digər kütləvi tədbirlərin keçirildiyi zallarda isə onlar başlamazdan əvvəl yayımlana bilər.
24.2. Teatr tamaşasının gedişində, kino filmlərin (əvvəli istisna olmaqla), konsertlərin və digər tədbirlərin nümayişi zamanı reklam yayımlanması qadağandır.
Maddə 25. Nəqliyyat vasitələrində reklam
25.1. Nəqliyyat vasitələrində reklam ona mülkiyyət və ya sərəncam hüququ olan şəxslə reklam yayıcısı yaxud reklam agenti arasında bağlanan müqavilə əsasında nəqliyyat vasitələrinin üzərində və ya salonunda yerləşdirilir.
25.2. Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının razılığı olmalıdır.
25.3. Nəqliyyat vasitələrində reklam yaradıcılıq, dizayn, çap keyfiyyəti baxımından, görüntüyə maneə törətməyən texniki hədlər daxilində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalar əsasında yerləşdirilir. Nəqliyyat vasitələrində reklamın yerləşməsinə razılıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanan reklama dair texniki şərtlər pasportu əsasında verilir. Reklama dair texniki şərtlər pasportu mülkiyyətçiyə təqdim edildikdən sonra reklam yerləşdirilə bilər. Nəqliyyatda reklama dair texniki şərtlər pasportunun formasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
25.4. Aşağıdakı nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qadağandır:
25.4.1. operativ və xüsusi təyinatlı nəqliyyat vasitəsində;
25.4.2. təhlükəli yüklərin daşınması təyinatlı nəqliyyat vasitəsində.
25.5. Şəxsə mənsubiyyətini göstərən fərqləndirici nişanların nəqliyyat vasitəsi üzərində yerləşdirilməsi reklam hesab olunmur.
25.6. Nəqliyyat vasitəsinin üzərində reklam onun yalnız yan hissələrində yerləşdirilməli, yol hərəkətinin iştirakçıları üçün təhlükə yaratmamalıdır.
25.7. Nəqliyyat vasitəsindən istifadə olunmaqla səsli reklamın yayımlanması qadağandır.
Maddə 26. Açıq məkanda reklam
26.1. Reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. [9]
26.1-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş müvafiq reklam qurğularının tikintisinə və istismarına icazə tələb olunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [10]
26.2. Açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. İcazə müqaviləsi bağlanılmadıqda, açıq məkanda reklam yerləşdirmək üçün verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır. [11]
26.2-1. Açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi və bu sahədə nəzarətin keçirilməsi qaydasını, həmçinin icazənin formasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. [12]
26.2-2. Reklam yayıcısı, həmçinin: [13]
26.2-2.1. reklam daşıyıcısının yerləşdiriləcəyi xüsusi mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçisi ilə həmin əmlakın istifadəsinə dair müqavilə bağlamalıdır;
26.2-2.2. reklam daşıyıcısının bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda yerləşdiriləcəyi təqdirdə həmin əmlakın icarəsinə dair bələdiyyə ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılacaq müqavilədən irəli gələn məbləği həmin quruma ödəməlidir. [14]
26.2-3. Reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. [15]
26.3. Reklam qurğuları (reklam) tarix və mədəniyyət abidələrinin ərazilərində, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində müvafiq icra hakimiyyəti orqanının razılığı ilə, tarix və mədəniyyət abidələrinin mühafizə zonasında isə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı ilə yerləşdirilə bilər. [16]
26.4. Yaşayış binasında yerləşdirilən reklam onun təhlükəsiz istismarına, mənzillərin havalandırılmasına, təbii işıqlandırılmasına mane olmamalı, sakinlərin rahatlığını pozmamalı, ətraf mühit üçün təhlükə törətməməlidir.
26.5. Açıq məkanda yerləşdirilən reklam yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməli, yol hərəkəti iştirakçıları üçün təhlükə yaratmamalı, sürücülərin yol şəraitini qiymətləndirməsinə mane olmamalı və çətinləşdirməməli, yol hərəkəti nişanlarına və yazılarına bənzəməməlidir. Yol örtüyünün üzərində, yol hərəkəti nişanlarında, onların dirəklərində və digər tənzimləmə vasitələrində, yol qurğularında reklamın yerləşdirilməsi qadağandır.
26.6. Reklam qurğularının yol kənarında yerləşdirilməsi standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
26.7. Tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamının açıq məkanda yerləşdirilməsi qadağandır.
26.8. Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. [17]
26.9. Yol hərəkəti iştirakçılarına maneə törədən, onların həyat və sağlamlığına təhlükə yarada bilən reklam daşıyıcılarını yerləşdirmək qadağandır.
26.10. Bu Qanuna görə reklam yerləşdirilməsinə yol verilməyən ərazilərdə reklamın yerləşdirilməsi yalnız dövlət bayramlarında, beynəlxalq və dövlət tədbirlərində bu Qanunun 26.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla konkret dövr üçün nəzərdə tutula bilər.
3-cü fəsil
Müxtəlif əmtəələrin reklamının xüsusiyyətləri
Maddə 27. Alkoqollu içkilərin reklamı
27.1. Alkoqollu içkilərin reklamında aşağıdakılar qadağandır:
27.1.1. alkoqollu içkidən istifadə nəticəsində şəxsin ictimai nüfuz qazanacağı, peşədə, idmanda və ya digər sahələrdə şəxsi uğurlar əldə edəcəyi, fiziki və ya emosional durumunu yaxşılaşdıracağı barədə rəyin formalaşdırılması;
27.1.2. alkoqollu içkilərdən istifadə etməyənlərin nüfuzdan salınması;
27.1.3. alkoqollu içkilərdən istifadənin ziyansız və ya insan sağlamlığı üçün xeyirli, müalicəvi xassələrə malik olması rəyinin formalaşdırılması;
27.1.4. tündlük dərəcəsi yüksəldikcə, alkoqollu içkilərin keyfiyyətinin yüksəlməsi barədə fikir yaradılması, onların susuzluğu yatırmaq vasitəsi kimi təqdim edilməsi;
27.1.5. alkoqollu içkilərdən istifadə olunması ilə bağlı yetkinlik yaşına çatmayanlara müraciət edilməsi;
27.1.6. uşaqlar üçün və dini proqramların (verilişlərin) alkoqollu içkilərin reklamı ilə kəsilməsi;
27.1.7. cəmiyyətdə tanınmış olan şəxslərin, kino və animasiya filmləri qəhrəmanlarının, heyvanların təsvirlərindən istifadə edilməsi;
27.1.8. alkoqollu içkilərdən istifadə olunma prosesinin nümayişi;
27.1.9. Teleradio proqramlarında (verilişlərində) tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamının saat 7.00-dan 23.00-dək yayımlanması.
27.2. Aşağıdakı reklam daşıyıcılarında alkoqollu içkilərin reklamı yerləşdirilə bilməz:
27.2.1. tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin dövri mətbu nəşrin üz və arxa qabığında, internet informasiya ehtiyatlarının ön səhifəsində;
27.2.2. yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş mətbu nəşrlərdə, audio və video materiallarda;
27.2.3. telekommunikasiya qurğularında (tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin);
27.2.4. alkoqollu içkilərin nümunələrinin paylanması və dequstasiyası ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə yalnız onların pərakəndə satış yerlərində, ixtisaslaşmış sərgilərin dequstasiya zallarında icazə verilir. Bu reklam aksiyasında yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin pulsuz paylanması, alkoqollu içki nümunələrinin dequstasiya üçün təklif olunması qadağandır.
27.3. Tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamı ondan həddən artıq istifadənin sağlamlıq üçün zərərli olması barədə xəbərdarlıqla müşayiət olunmalıdır. Bu xəbərdarlığa reklam sahəsinin 10 faizindən az olmayaraq yer ayrılmalıdır.
27.4. Nəqliyyat vasitələrinin üzərində, habelə onların fəaliyyətini təmin edən binaların, qurğuların üzərində və daxilində (alkoqollu içkilərin pərakəndə satışının həyata keçirildiyi yerlər istisna olunmaqla) alkoqollu içkilərin reklamının yerləşdirilməsi qadağandır.
Maddə 28. Tütün, tütün məmulatları və onlara aid ləvazimatların reklamı
Tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır.
Maddə 29. Dərman vasitələrinin, tibbi təyinatlı texnikanın və məmulatların, tibbi xidmətlərin reklamı
29.1. Azərbaycan Respublikasında yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər.
Həkim resepti olmadan buraxılan dərman vasitələrinin, tibbi təyinatlı texnikanın, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklamvericisi reklam istehsalçısına və reklam yayıcısına, onların tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilmiş sertifikatın, dərman vasitəsinin dövlət qeydiyyatına alınmasını təsdiq edən qeydiyyat vəsiqəsinin, dərman vasitəsindən istifadəyə dair təlimatın, təlimatda dərman vasitəsinin buraxılması qaydası göstərilmədiyi hallarda müvafiq məlumat olan sənədin, mənşə sertifikatının, reklamda istinad olunduqda, tədqiqatların nəticələrini təsdiq edən sənədin surətlərini təqdim edir.
Bu maddənin ikinci abzasında nəzərdə tutulmuş uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. [18]
29.2. Həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamında aşağıdakılara yol verilmir:
29.2.1. yetkinlik yaşına çatmayan şəxslərə müraciət etmək;
29.2.2. reklam olunan dərman vasitəsinin istifadəsi nəticəsində insanın xəstəliklərdən sağalmasının, səhhətinin yaxşılaşmasının konkret hallarına istinad etmək;
29.2.3. reklam olunan dərman vasitəsindən istifadə ilə bağlı fiziki şəxslərin minnətdarlığını bildirmək;
29.2.4. sağlam insanda reklam olunan dərman vasitəsinin istifadə edilməsinin zəruriliyi barədə təsəvvür yaratmaq;
29.2.5. həkimə müraciət etməyin gərəksiz olmağı barədə təsəvvür yaratmaq;
29.2.6. reklam olunan dərman vasitəsinin müsbət təsirinə, təbii mənşəli olmasına, təhlükəsizliyinə, effektivliyinə və əlavə təsirlərin olmamasına təminat vermək;
29.2.7. reklam olunan dərman vasitəsini bioloji fəallığa malik qida əlavəsi qismində və ya dərman vasitəsi olmayan digər əmtəə (məhsul) qismində təqdim etmək. [19]
29.3. Həkim resepti olmadan buraxılan dərman vasitələrinin qəbulu və tibbi texnikadan istifadə əlavə təsirlə müşayiət olunduqda, reklamda bu barədə məlumat verilməli, həkimlə yaxud mütəxəssislə məsləhətləşmənin zəruriliyi qeyd olunmalıdır.
29.4. Bu Qanunun 29.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, istifadəsi üçün xüsusi hazırlıq tələb olunan dərman vasitələri, tibbi texnika, insan orqan və (və ya) toxumalarının transplantasiyası barədə reklam yalnız tibb sahəsində ixtisaslaşdırılmış mətbu nəşrlərində, tibb işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlana bilər.
29.5. Hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır.
29.6. Dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsi qadağandır.
29.7. Bu Qanunun 29.2.2-ci və 29.2.3-cü maddələrinin tələbləri tibb və ya əczaçılıqla bağlı sərgilər, seminarlar və konfranslar keçirilən yerlərdə yayımlanan reklama şamil edilmir.
29.8. Kütləvi müalicəvi seansların, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklamına yol verilmir.
Maddə 30. Bioloji fəallığa malik qida əlavələrinin, körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamı [20]
30.1. Bioloji fəallığa malik qida əlavələrinin reklamında aşağıdakılar qadağandır: [21]
30.1.1. dərman vasitəsi və ya müalicə xüsusiyyətinə malik olması barədə təəssürat yaratmaq;
30.1.2. onlardan istifadə edənlərin xəstəliklərdən sağalmasının, səhhətinin yaxşılaşmasının konkret hallarına, bu məhsulların tədqiqinin nəticələrinə istinad etməklə, istifadə olunmasının faydası barədə tövsiyələr vermək;
30.1.3. üstünlükləri barədə məlumatlar verməklə, sağlam və təbii məhsullarla qidalanmadan imtinaya təhrik etmək;
30.1.4. istifadəçilərinə minnətdarlıq bildirmək.
30.2. Körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamında aşağıdakılar qadağandır:
30.2.1. bu məhsulların ana südü ilə eyni olması, onu tam əvəz edə bilməsi, körpələrin ana südü ilə qidalanması ilə müqayisədə süni qidalanmasının üstünlükləri barədə məlumat vermək;
30.2.2. bu məhsullar barədə reklamı hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlamaq.
30.3. Körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamında onlardan istifadənin yaş məhdudiyyətləri haqqında məlumat verilməli, mütəxəssislərlə məsləhətləşmənin zəruriliyi, ana südünün üstünlüyü qeyd olunmalıdır.
30.4. Bioloji fəallığa malik qida əlavələrinin, körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının tərkibi barədə məlumatlar, tədris və elmi xarakterli materiallar elmi mətnlə məhdudlaşdırılmalı, tibbi və uşaqlara qayğı məsələləri üzrə ixtisaslaşmış nəşrlərdə verilməlidir.
30.5. Bioloji fəallığa malik qida əlavələrinin, körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamının açıq məkanda yerləşdirilməsi qadağandır.
30.6. Bioloji fəallığa malik qida əlavələrinin, körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamının sifarişçisi reklam istehsalçısının və reklam yayıcısının tələbi ilə həmin məhsulların uyğunluq, mənşə, qida təhlükəsizliyi (sağlamlıq) sertifikatının və ya onların istehsalçısının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarışın, istifadəsinə dair təlimatın, bu təlimatda dərman vasitəsinin buraxılması qaydası göstərilmədiyi hallarda müvafiq məlumat olan sənədin, reklamda istinad olunduqda, tədqiqatların nəticələrini təsdiq edən sənədin surətini təqdim edir. [22]
30.7. Bioloji fəallığa malik qida əlavələrinin reklamında onların dərman vasitəsi olmadığı haqqında məlumat verilməlidir. [23]
Maddə 31. Silahların, hərbi texnikanın, pirotexnika vasitələrinin reklamı
31.1. Azərbaycan Respublikasının ərazisində hərbi təyinatlı bütün növ silahların, onların komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların, texnikanın (saxlanmasına və istifadəsinə icazə verilmiş ov və idman silahları istisna olmaqla) reklamı qadağandır.
31.2. Azərbaycan Respublikasının beynəlxalq və dövlətlərarası hərbi-texniki əməkdaşlığı çərçivəsində keçirilən tədbirlərdə və sərgilərdə hərbi təyinatlı silahların və texnikanın reklamı yerləşdirilə bilər.
31.3. Saxlanmasına və istifadəsinə icazə verilmiş ov və idman silahlarının reklamı yalnız ixtisaslaşmış çap nəşrlərində, bu silahların satışı, nümayişi və sınağı üçün xüsusi ayrılmış yerlərdə yerləşdirilə bilər.
31.4. Pirotexnik vasitələrin reklamı qadağandır.
Maddə 32. İdman mərc oyunlarının, lotereyaların reklamı
32.1. İdman mərc oyunlarının, lotereyaların (stimullaşdırıcı lotereya istisna edilməklə) reklamının sifarişçisi qismində müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya olunmuş idman mərc oyunlarının operatoru və ya maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmiş lotereya təşkilatçısı çıxış edir. Reklam bilet və kuponların üzərində yerləşdirilə bilər. [24]
32.2. Reklamda “Milli Olimpiya Komitəsi” və “Milli Olimpiya komandası” adından, onlardan yaranmış sözlərdən və söz birləşmələrindən yalnız Milli Olimpiya Komitəsi ilə bağlanan müqavilə əsasında istifadə edilə bilər.
32.3. İdman tədbirinin, idman mərc oyununun keçirildiyi yerdə reklamın yerləşdirilməsi üçün reklamverici və ya reklam agenti yaxud reklam yayıcısı idman tədbirinin təşkilatçısı yaxud idman mərc oyunlarının operatoru ilə müqavilə bağlayır.
32.4. İdman mərc oyununu və ya lotereyanı udan şəxsin yazılı razılığı olmadan, adı reklamda açıqlana bilməz.
32.5. İdman mərc oyunlarının, lotereyaların reklamında aşağıdakılar qadağandır:
32.5.1. yetkinlik yaşına çatmayanlara müraciət olunması;
32.5.2. bu cür oyunlarda, lotereyalarda iştirakın cəmiyyətdə nüfuz qazanmaq vasitəsi olması fikrinin yaradılması;
32.5.3. oyunlarda və lotereyalarda qazanc əldə edilməsinə zəmanət verilməsi, idman yarışlarında tərəflərdən birinin uduş ehtimalının artması ilə bağlı məlumatın təqdim olunması;
32.5.4. oyunlarda və ya lotereyalarda iştirak etməyənlərin nüfuzdan salınması.
32.6. İdman mərc oyunlarının, lotereyaların reklamı telekommunikasiya, kütləvi informasiya, nəqliyyat vasitələrində, açıq məkanda olan reklam daşıyıcılarında yerləşdirilə bilər. İdman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir.
32.7. Keçirilməsi “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş idman mərc oyunlarının və “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş lotereyaların reklamına yol verilmir.
Maddə 33. Maliyyə, bank, sığorta, investisiya xidmətlərinin, qiymətli kağızların reklamı
33.1. Maliyyə, bank, sığorta, investisiya xidmətlərinin, qiymətli kağızların reklamında bu xidmətləri təklif edən şəxsin hüquqi adı, hüquqi ünvanı, fiziki şəxslərin adı, soyadı, atasının adı, ünvanı, əlaqə vasitələri, qiymətli kağızın emitenti qeyd olunmalıdır.
33.2. Bu xidmətlərin və qiymətli kağızların reklamında aşağıdakılara yol verilmir:
33.2.1. müvafiq müqavilənin bağlandığı vaxt xidmətdən istifadənin səmərəliliyini müəyyən etmək mümkün olmadıqda, əvvəlki dövrlərin göstəriciləri əsasında gələcəkdə fayda əldə olunacağına zəmanət yaxud vəd verilməsi;
33.2.2. mövcud yaxud baş verməsi gözlənilən risklərin, gəlirlərə təsir göstərən müqavilə şərtlərinin reklam istehlakçısından gizlədilməsi;
33.2.3. buraxılışı maliyyə bazarlarına nəzarət orqanında qeydiyyatdan keçməmiş qiymətli kağızların reklamı; [25]
33.2.4. satışa çıxarılması barədə qərar qəbul edilənədək qiymətli kağızların reklamı;
33.2.5. təqdim olunan məlumatların emissiya prospektində əks olunan məlumatlarla ziddiyyət təşkil etməsi.
33.3. Pay iştirakı əsasında tikintisinə icazə tələb olunan yaşayış binalarının və başqa daşınmaz əmlak obyektlərinin tikintisi üçün pul vəsaitlərinin toplanması ilə əlaqədar olan reklam, onların tikintisinə icazə alındıqdan sonra yayımlana bilər. [26]
33.4. İstehlak kreditinə dair reklamda kreditin hər hansı xərci ilə bağlı məlumat verildikdə, istehlakçı aşağıdakılar barədə də məlumatlandırılmalıdır:
33.4.1. kreditin ümumi xərcinə daxil olan istənilən xərclər, o cümlədən illik faiz dərəcəsi, faktiki illik faiz dərəcəsinin hesablanmasına qanunvericiliyə müvafiq qaydada daxil olan digər xərclər;
33.4.2. kreditin müddəti;
33.4.3. kredit müəyyən malın alınması və ya xidmətlərin göstərilməsi ilə əlaqədar verildikdə, həmin mal və ya xidmət, onun nağd qiyməti və ilkin ödənilən məbləğ;
33.4.4. kredit müqaviləsinin bağlanması üçün əlavə xidmət müqavilələrinin bağlanması məcburi olduqda və həmin xidmətin qiyməti əvvəlcədən müəyyən edilə bilinmədikdə, həmin müqaviləni bağlamaq öhdəliyi;
33.4.5. bu Qanunun 33.4.1-33.4.4-cü maddələrində nəzərdə tutulan məlumatlar digər məlumatlardan kiçik olmayan və aydın şəkildə oxuna bilən ölçülərdə yayımlanmalıdır.
4-cü fəsil
Reklam sahəsində nəzarət və özünütənzimləmə [27]
Maddə 34. Reklam sahəsində nəzarət
34.1. Reklam fəaliyyətinə nəzarətin məqsədi reklam subyektlərinin maraqlarını və bu Qanunun tələblərinin yerinə yetirilməsini təmin etmək, o cümlədən bu Qanunun tələblərinə cavab verməyən reklamın yayımını dayandırmaq, reklam fəaliyyətinin subyektlərinə bu Qanunun tələbləri ilə bağlı icrası məcburi olan göstərişlər verməkdir. [28]
34.2. Azərbaycan Respublikasında reklam (açıq məkanda reklam istisna olmaqla) fəaliyyətinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı, açıq məkanda reklam sahəsində nəzarət isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən həyata keçirilir. [29]
34.3. Kommersiya sirrini təşkil edən məlumatların əldə olunması və qorunması “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
34.4. Reklam yayımına icazə (razılıq) verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. [30]
Maddə 35. Reklam sahəsində qiymətlərin tənzimlənməsi
35.1. Reklam sahəsində qiymətlər bazar münasibətlərinə (bu Qanunun 35.2-ci və 35.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) uyğun olaraq müqavilə ilə tənzimlənir. [31]
35.2. Bu Qanunun 26.2-2.2-ci maddəsinə uyğun olaraq, müqavilə bələdiyyə ilə bağlandığı halda müvafiq əmlakın icarəsinə görə məbləğin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [32]
35.3. Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci cümləsinin tələbi nəzərə alınmaqla, açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısına bu Qanunun 26.2-ci maddəsinə uyğun olaraq verilən icazədə müəyyən edilir. [33]
Maddə 36. Reklam sahəsində özünütənzimləmə
Reklam fəaliyyəti sahəsində özünütənzimləmənin əsas məqsədi reklam bazarı subyektlərinin və digər şəxslərin maraqlarını qorumaq, bu Qanunun tələblərinin yerinə yetirilməsini təmin etməkdir. Reklam fəaliyyəti sahəsində özünütənzimləmə üçün birliklər, şuralar, assosiasiyalar, ittifaqlar və digər qeyri-hökumət təşkilatları yaradıla bilər.
Maddə 37. Reklam sahəsində özünütənzimləmə üzrə vəzifələr
37.0. Reklam sahəsində özünütənzimləmə üzrə vəzifələr aşağıdakılardır:
37.0.1. özünütənzimləmə təşkilatının üzvlərinin reyestrini aparmaq;
37.0.2. reklam bazarının mütəmadi monitorinqini aparmaq, reklam subyektləri üçün tövsiyələr işləyib hazırlamaq, daxili istifadə üçün kodlar vermək;
37.0.3. reklam bazarının monitorinqinin aparılması nəticəsində aşkar olunan qanun pozuntuları barədə müvafiq icra hakimiyyəti orqanını, açıq məkanda reklam sahəsinə aid hissədə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumu məlumatlandırmaq; [34]
37.0.4. “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, xarici ölkələrin müvafiq təşkilatları və beynəlxalq qurumlarla reklam sahəsinə aid olan məsələlər üzrə əməkdaşlıq etmək;
37.0.5. üzvlərinin reklam sahəsində fəaliyyətini əlaqələndirmək;
37.0.6. üzvləri arasında yaranan mübahisələri onların müraciəti əsasında araşdırmaq, onların qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlər həyata keçirmək;
37.0.7. reklam bazarının iştirakçıları arasında maarifləndirmə işi aparmaq, beynəlxalq təcrübəni öyrənmək məqsədi ilə konfranslar, seminarlar, treninqlər və sair tədbirlər təşkil etmək.
Maddə 38. Reklam sahəsində özünütənzimləmə üzrə hüquqlar
38.0. Reklam sahəsində özünütənzimləmə üzrə hüquqlar aşağıdakılardır:
38.0.1. dövlət və yerli özünüidarəetmə orqanları ilə münasibətlərdə üzvlərinin qanuni maraqlarını təmsil etmək;
38.0.2. bu Qanunun pozulması ilə bağlı məhkəmədə mütəxəssis qismində çıxış etmək;
38.0.3. özünütənzimləmə təşkilatının üzvlərinin hərəkətləri barədə daxil olan müraciətlərə baxmaq;
38.0.4. reklam bazarının statistikasını aparmaq, özünütənzimləmə təşkilatının üzvlərinin reklam fəaliyyəti barədə məlumat əldə etmək;
38.0.5. reklam bazarının subyektlərinin müraciətinə əsasən sifariş edilən, istehsal olunan, yayımlanan reklam materiallarının qanunauyğunluğu, keyfiyyəti barədə və reklama dair texniki şərtlər pasportuna rəy vermək;
38.0.6. reklam bazarının subyektlərinə məsləhət xidmətləri göstərmək;
38.0.7. reklam bazarının subyektlərinin müraciəti əsasında onların fəaliyyətini təhlil etmək;
38.0.8. dövlət orqanlarının özünütənzimləmə təşkilatının üzvü barədə qərarlarından və (və ya) faktiki xarakterli hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət vermək.
Maddə 39. Bu Qanunun pozulmasına görə məsuliyyət
39.1. Reklamverici təqdim etdiyi məlumatın məzmununa və həqiqiliyinə, reklam istehsalçısı reklamın bu Qanunun tələblərinə uyğun hazırlanmasına, reklam yayıcısı reklamın bu Qanunla müəyyən edilmiş yerdə, vaxtda, vasitələr və üsullarla yayımlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
39.2. Haqsız, qeyri-dəqiq və gizli reklama yol verən reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, reklam yayıcısı və reklam agenti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyır.
39.3. Reklamın sifarişçisi xarici ölkənin təsərrüfat subyekti olduqda, onun məzmununa və həqiqiliyinə görə reklam olunan əmtəənin idxalçısı məsuliyyət daşıyır.
Maddə 40. Yekun müddəalar
Bu Qanun qüvvəyə mindiyi gündən “Reklam haqqında” Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 376-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 12; 1999, № 4, maddə 225; 2000, № 8, III kitab, maddə 587; 2001, № 3, maddələr 142, 145, № 5, maddələr 295, 298, № 11, maddə 683; 2004, № 1, maddələr 6, 13, № 2, maddələr 57, 58; 2005, № 2, maddə 61, № 12, maddə 1083; 2006, № 3, maddə 224; 2007, № 8, maddə 749, № 12, maddə 1218; 2009, № 12, maddə 948; 2010, №7, maddə 600; 2013, № 3, maddə 219; 2014, №11, maddə 1337) ləğv edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 may 2015-ci il
№ 1281-IVQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 30 sentyabr 2016-cı il tarixli 320-VQD nömrəliAzərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 noyabr 2016-cı il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1755)
- 28 oktyabr 2016-cı il tarixli 382-VQD nömrəliAzərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 dekabr 2016-cı il, № 272, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 1996)
- 1 fevral 2017-ci il tarixli 512-VQD nömrəliAzərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 mart 2017-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 334)
- 10 mart 2017-ci il tarixli 542-VQD nömrəliAzərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 may 2017-ci il, № 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 675)
- 14 aprel 2017-ci il tarixli 616-VQDnömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 iyun 2017-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1029)
- 2 may 2017-ci il tarixli 662-VQDnömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 iyun 2017-ci il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 748)
- 30 iyun 2017-ci il tarixli 755-VQDnömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 avqust 2017-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1307)
- 17 noyabr 2017-ci il tarixli 867-VQDnömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 dekabr 2017-ci il, № 279, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab maddə 2230)
- 28 dekabr 2018-ci il tarixli 1412-VQDnömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 fevral 2019-cu il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 29)
- 19 fevral 2019-cu il tarixli 1518-VQDnömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 aprel 2019-cu il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 578)
- 5 mart 2019-cu il tarixli 1523-VQDnömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 aprel 2019-cu il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 390)
- 12 iyul 2019-cu il tarixli 1663-VQDnömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 avqust 2019-cu il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1384)
- 19 noyabr 2019-cu il tarixli 1691-VQDnömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 dekabr 2019-cu il, № 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1881)
- 8 may 2020-ci il tarixli 92-VIQD nömrəliAzərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyul 2020-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 670)
- 12 iyun 2020-ci il tarixli 130-VIQDnömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul 2020-ci il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 843)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 30 iyun 2017-ci il tarixli 755-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 avqust 2017-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1307) ilə preambulada “dövlət nəzarətinin və tənzimləməsinin” sözləri “nəzarətin və tənzimləmənin” sözləri ilə əvəz edilmişdir.
[2] 28 dekabr 2018-ci il tarixli 1412-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 fevral 2019-cu il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 29) ilə yeni məzmunda 1.3-cü maddə əlavə edilmişdir.
[3] 5 mart 2019-cu il tarixli 1523-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 aprel 2019-cu il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 390) ilə 2.0.11-сi maddədə “daşınar əmlak, ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğuları, nəqliyyat vasitələri,” sözləri “daşınar (o cümlədən ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğuları, nəqliyyat vasitələri və s.) əmlak,” sözləri ilə əvəz edilmişdir.
[4] 1 fevral 2017-ci il tarixli 512-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 mart 2017-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 334) ilə 4.5-ci maddəsinə “təşkilatları,” sözündən sonra “publik hüquqi şəxslər,” sözləri əlavə edilmişdir.
[5] 19 fevral 2019-cu il tarixli 1518-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 aprel 2019-cu il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 578) ilə 4.7-ci maddəsinin dördüncü cümləsində “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilmişdir.
5 mart 2019-cu il tarixli 1523-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 aprel 2019-cu il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 390) ilə 4.7-ci maddənin üçüncü cümləsində “kiçik və reklamın yerləşdiyi ümumi sahənin üçdəbirindən çox” sözləri “böyük” sözü ilə əvəz edilmişdir və dördüncü cümlədə “orqanı” sözü “orqanının yaratdığı qurum” sözləri ilə əvəz edilmişdir.
[6] 30 iyun 2017-ci il tarixli 755-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 avqust 2017-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1307) ilə 6.1.8-ci maddədən “müvafiq icra hakimiyyəti orqanının və ya” sözləri çıxarılmışdır.
[7] 8 may 2020-ci il tarixli 92-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyul 2020-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 670) ilə 12.1.7-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir yeni məzmunda 12.1.8-ci maddə əlavə edilmişdir.
[8] 19 noyabr 2019-cu il tarixli 1691-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 dekabr 2019-cu il, № 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1881) ilə yeni məzmunda 12.3-cü və 12.4-cü maddələr əlavə edilmişdir.
[9] 30 iyun 2017-ci il tarixli 755-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 avqust 2017-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1307) ilə 26.1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
17 noyabr 2017-ci il tarixli 867-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 dekabr 2017-ci il, № 279, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab maddə 2230) ilə 26.1-ci maddənin ikinci cümləsində “daşıyıcılarının” sözü “qurğularının” sözü ilə əvəz edilmişdir.
5 mart 2019-cu il tarixli 1523-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 aprel 2019-cu il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 390) ilə 26.1-ci maddə yeni redaksiyada verilmişdir.
[10] 5 mart 2019-cu il tarixli 1523-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 aprel 2019-cu il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 390) ilə yeni məzmunda 26.1-1-ci maddə əlavə edilmişdir.
[11] 10 mart 2017-ci il tarixli 542-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 may 2017-ci il, № 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 675) ilə 26.2-ci maddənin birinci cümləsində “orqanından” sözündən sonra “və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan” sözləri və ikinci cümləsində “orqanı” sözündən sonra “və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri əlavə edilmişdir.
30 iyun 2017-ci il tarixli 755-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 avqust 2017-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1307) ilə 26.2-ci maddə yeni redaksiyada verilmişdir.
5 mart 2019-cu il tarixli 1523-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 aprel 2019-cu il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 390) ilə 26.2-ci maddənin ikinci cümlədə “bir” sözü “üç” sözü ilə əvəz edilmişdir və dördüncü cümlə yeni redaksiyada verilmişdir və beşinci cümlə ləğv edilmişdir.
[12] 5 mart 2019-cu il tarixli 1523-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 aprel 2019-cu il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 390) ilə 26.2-1-ci maddədə “və reklama dair texniki şərtlər pasportunun formasını, icazə müqaviləsinin formasını və bağlanılma qaydasını” sözləri “formasını” sözü ilə əvəz edilmişdir.
[13] 30 iyun 2017-ci il tarixli 755-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 avqust 2017-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1307) ilə 26.2-1-ci və 26.2-2-ci maddələr əlavə edilmişdir.
17 noyabr 2017-ci il tarixli 867-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 dekabr 2017-ci il, № 279, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab maddə 2230) ilə 26.2-2-ci maddə yeni redaksiyada verilmişdir.
[14] 5 mart 2019-cu il tarixli 1523-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 aprel 2019-cu il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 390) ilə 26.2-2.2-ci maddədə “istifadəsinə” sözü “icarəsinə” sözü ilə əvəz edilmişdir.
[15] 17 noyabr 2017-ci il tarixli 867-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 dekabr 2017-ci il, № 279, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab maddə 2230) ilə yeni məzmunda 26.2-3-cü maddə əlavə edilmişdir.
[16] 10 mart 2017-ci il tarixli 542-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 may 2017-ci il, № 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 675) ilə 6.1.8-ci və 26.3-cü maddələrdə “orqanının” sözündən sonra “və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun” sözləri əlavə edilmişdir.
5 mart 2019-cu il tarixli 1523-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 aprel 2019-cu il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 390) ilə 26.3-cü maddə yeni redaksiyada verilmişdir.
[17] 17 noyabr 2017-ci il tarixli 867-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 dekabr 2017-ci il, № 279, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab maddə 2230) ilə 26.8-ci maddədə birinci halda “lövhələr” sözü “sayı 1-dən, ümumi ölçüsü 2 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar)” sözləri ilə, “reklam daşıyıcıları” sözləri “və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam daşıyıcıları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam” sözləri ilə əvəz edilmişdir.
5 mart 2019-cu il tarixli 1523-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 aprel 2019-cu il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 390) ilə 26.8-ci maddədə “divarında” sözü “fasadında (divarında, hasarında)” sözləri ilə, “ 2 ” rəqəmi “ 1 ” rəqəmi ilə, “daşıyıcıları” sözü “qurğuları” sözü ilə əvəz edilmişdir, “hüquqi” sözündən sonra “(o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin)” sözləri əlavə edilmişdir.
[18] 14 aprel 2017-ci il tarixli 616-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 iyun 2017-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1029) ilə 29.1-ci maddəsinin ikinci abzasında “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar” sözləri ilə əvəz edilmişdir və həmin maddəyə yeni məzmunda üçüncü abzas əlavə edilmişdir.
[19] 2 may 2017-ci il tarixli 662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 iyun 2017-ci il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 748) ilə 29.2.7-ci maddədə “bioloji aktiv əlavə və qida əlavəsi” sözləri “bioloji fəallığa malik qida əlavəsi” sözləri ilə əvəz edilmişdir.
[20] 2 may 2017-ci il tarixli 662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 iyun 2017-ci il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 748) ilə 30-cu maddənin adında “Bioloji aktiv əlavələrin, qida əlavələrinin” sözləri “Bioloji fəallığa malik qida əlavələrinin” sözləri ilə əvəz edilmişdir.
[21] 2 may 2017-ci il tarixli 662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 iyun 2017-ci il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 748) ilə 30.1-ci maddədə “Bioloji aktiv əlavələrin və qida əlavələrinin” sözləri “Bioloji fəallığa malik qida əlavələrinin” sözləri ilə əvəz edilmişdir.
[22] 2 may 2017-ci il tarixli 662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 iyun 2017-ci il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 748) ilə 30.4-cü, 30.5-ci və 30.6-cı maddələrdə “Bioloji aktiv əlavələrin, qida əlavələrinin” sözləri “Bioloji fəallığa malik qida əlavələrinin” sözləri ilə əvəz edilmişdir.
12 iyul 2019-cu il tarixli 1663-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 avqust 2019-cu il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1384) ilə 30.6-cı maddədə “gigiyenik və mənşə sertifikatının” sözləri “mənşə, qida təhlükəsizliyi (sağlamlıq) sertifikatının və ya onların istehsalçısının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarışın” sözləri ilə əvəz edilmişdir.
[23] 2 may 2017-ci il tarixli 662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 iyun 2017-ci il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 748) ilə yeni məzmunda 30.7-ci maddə əlavə edilmişdir.
[24] 28 oktyabr 2016-cı il tarixli 382-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 dekabr 2016-cı il, № 272, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 1996) ilə 32.1-ci maddəsinin birinci cümləsinə “müəyyən edilmiş” sözlərindən əvvəl “maliyyə bazarlarına nəzarət orqanı tərəfindən” sözləri əlavə edilmişdir.
[25] 30 sentyabr 2016-cı il tarixli 320-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 noyabr 2016-cı il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1755) ilə 33.2.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanında” sözləri “maliyyə bazarlarına nəzarət orqanında” sözləri ilə əvəz edilmişdir.
[26] 12 iyun 2020-ci il tarixli 130-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul 2020-ci il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 843) ilə 33.3-cü maddəsinə “yaşayış binalarının” sözlərindən əvvəl “tikintisinə icazə tələb olunan” sözləri əlavə edilsin və “inşasına müvafiq icra hakimiyyəti orqanlarının icazəsi” sözləri “tikintisinə icazə” sözləri ilə əvəz edilmi.dir.
[27] 30 iyun 2017-ci il tarixli 755-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 avqust 2017-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1307) ilə 4-cü fəslin və 34-cü maddənin adında “dövlət nəzarəti” sözləri “nəzarət” sözü ilə əvəz edilmişdir.
[28] 30 iyun 2017-ci il tarixli 755-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 avqust 2017-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1307) ilə 34.1-ci maddədə “dövlət nəzarətinin” sözləri “nəzarətin” sözü ilə əvəz edilmişdir.
[29] 30 iyun 2017-ci il tarixli 755-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 avqust 2017-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1307) ilə 34.2-ci maddəyə “reklam” sözündən sonra “(açıq məkanda reklam istisna olmaqla)” sözləri, “orqanı” sözündən sonra “, açıq məkanda reklam sahəsində nəzarət isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri əlavə edilmişdir.
[30] 30 iyun 2017-ci il tarixli 755-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 avqust 2017-ci il, № 164) ilə 34.4-cü maddə ləğv edilmişdir.
[31] 17 noyabr 2017-ci il tarixli 867-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 dekabr 2017-ci il, № 279, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab maddə 2230) ilə 35.1-ci maddəyə “münasibətlərinə” sözündən sonra “(bu Qanunun 35.2-ci və 35.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla)” sözləri əlavə edilmişdir.
[32] 30 iyun 2017-ci il tarixli 755-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 avqust 2017-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1307) ilə 35.2-ci maddədə “Reklamın yayımına görə ödənilən haqqın məbləğinin” sözləri “Bu Qanunun 26.2-2-ci maddəsinə uyğun olaraq, müqavilə dövlət və bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakın mülkiyyətçisi ilə (və ya onlar barədə sərəncam vermək hüququ olan şəxslə) bağlandıqda, müvafiq məbləğin” sözləri ilə əvəz edilmişdir.
17 noyabr 2017-ci il tarixli 867-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 dekabr 2017-ci il, № 279, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab maddə 2230) ilə 35.2-ci maddədə “26.2-2-ci maddəsinə uyğun olaraq, müqavilə dövlət və bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakın mülkiyyətçisi ilə (və ya onlar barədə sərəncam vermək hüququ olan şəxslə) bağlandıqda, müvafiq” sözləri “26.2-2.2-ci maddəsinə uyğun olaraq, müqavilə bələdiyyə ilə bağlandığı halda müvafiq əmlakdan istifadəyə görə” sözləri ilə əvəz edilmişdir.
5 mart 2019-cu il tarixli 1523-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 aprel 2019-cu il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 390) ilə 35.2-ci maddədə “əmlakdan istifadəyə” sözləri “əmlakın icarəsinə” sözləri ilə əvəz edilmişdir.
[33] 17 noyabr 2017-ci il tarixli 867-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 dekabr 2017-ci il, № 279, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab maddə 2230) ilə yeni məzmunda 35.3-cü maddə əlavə edilmişdir.
5 mart 2019-cu il tarixli 1523-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 aprel 2019-cu il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 390) ilə 35.3-cü maddənin ikinci cümləsində “yayıcısı ilə bağlanan bu Qanunun 26.2-ci maddəsində nəzərdə tutulmuş icazə müqaviləsində” sözləri “yayıcısına bu Qanunun 26.2-ci maddəsinə uyğun olaraq verilən icazədə” sözləri ilə əvəz edilmişdir.
[34] 30 iyun 2017-ci il tarixli 755-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 avqust 2017-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1307) ilə 37.0.3-cü maddəyə “orqanını” sözündən sonra “, açıq məkanda reklam sahəsinə aid hissədə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumu” sözləri əlavə edilmişdir.