Media
“Ümid nəğməsi” adlı tamaşa
21.06.2024
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktor müavini dosent Gülarə Əmirova, şöbə müdiri Vəfa İsmayılova və mütəxəssis Vüqar Qurbanov Gənc Tamaşaçılar Teatrında Pərviz Seyidlinin pyesi əsasında hazırlanan “Ümid nəğməsi” adlı tamaşaya (quruluşçu rejissor Əməkdar artist Nicat Kazımov, quruluşcu rəssam Nisə Həsənova, musiqi tərtibatı Zaur Rəşidov, fəndlərin quruluşu İsa Əsədov) baxıblar.
Tamaşadan sonra yaradıcı heyətlə teatr səhnəsində Azərbaycan ədəbi dilinin tələffüz qaydalarının tətbiqi ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.