Layihələr
“Türkiyə Cümhuriyyəti və Azərbaycan filologiyası”
23.10.2023
Bakı Avrasiya Universitetində Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan “Türkiyə Cümhuriyyəti və Azərbaycan filologiyası” mövzusunda respublika konfransı keçirilmişdir. Konfransın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva “Dilin qorunması və inkişafı ̶ dövlət siyasətinin tərkib hissəsi kimi” adlı məruzə ilə çıxış etmişdir.