"Türk dünyası və dil birliyi" adlı tədbir
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru Mərziyyə Nəcəfova Akdeniz Universiteti Ədəbiyyat fakültəsinin türk dili və ədəbiyyatı bölməsinin professoru Şevkiye Kazan Nasın dəvəti ilə Türkiyədə işgüzar səfərdə olublar.
Səfər çərçivəsində Sevinc Əliyeva və Mərziyyə Nəcəfova Akdeniz Universiteti Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölməsi tərəfindən təşkil olunan "Türkoloji Sohbetler"də iştirak etmişlər. Tədbirdə prof. Sevinc Əliyeva "Türk dünyası və dil birliyi" adlı məruzə ilə çıxış etmişdir.
Qonaqlar eyni zamanda TRT Antalya Radyosunun da qonağı olmuşlar.