Media
Türk Dil Qurumu ilə görüş
25.07.2024
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva 25 iyul tarixində Türk Dil Qurumunun sədri Prof. Dr. Osman Mert və sədr müavini Doç. Dr. Harun Şahinlə rəsmi görüşdə olmuşdur. Görüş çərçivəsində qloballaşma dövründə türk dillərində gedən inteqrasiya prosesləri və bu proseslərin türk dillərinin inkişafına təsiri məsələləri ətraflı təhlil edilmişdir. Türk Dil Qurumu ilə Monitorinq Mərkəzi arasında elmi-mədəni əməkdaşlıq münasibətlərinin perspektivləri müzakirə olunmuş, qarşılıqlı hədiyyələr təqdim edilmişdir.