“Şükriyyə” adlı tamaşa
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, direktor müavini dosent Gülarə Əmirova və şöbə müdiri Vəfa İsmayılova Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında eyniadlı tamaşaya (quruluşçu rejissor Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar incəsənət xadimi Bəhram Osmanov, səhnə tərtibatıçısı Samirə Həsənova, geyim üzrə rəssam Aygün Mahmudova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq rəssamı Rafael Həsənov, səhnə hərəkəti və plastika üzrə mütəxəssis Lalə Hacıyeva) baxıblar.
Tamaşadan sonra yaradıcı heyətlə görüşən Monitorinq Mərkəzinin əməkdaşları aktyorların səhnə dili ilə bağlı fikirlərini dinləmiş, teatr səhnəsində Azərbaycan ədəbi dilinin tələffüz qaydalarının düzgün tətbiqi ilə bağlı geniş fikir mübadiləsi aparmışlar.