Media

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarla görüş

16.12.2023
Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarla görüş

   Azərbaycan, Türkiyə və Özbəkistandan səfər edən ziyalı və işgüzar xanımlardan ibarət nümayəndə heyəti Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın qəbulunda olmuşdur. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva da görüşdə Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak etmişdir. Türk dünyası qadınlarını Şimali Kipr Türk Respublikasında görməkdən məmnunluğunu bildirən Ersin Tatar türk dövlətlərinin birlikdə daha güclü olacağına inamını ifadə etmişdir. “Əsrlərlə bizi ayırdılar, amma biz dilimizi, dinimizi, mədəniyyətimizi qoruyub saxladıq“ deyən ölkə başçısı qadınlar arasında işgüzar əlaqələrin genişlənməsinin və əməkdaşlıq istiqamətində addımların atılmasının əhəmiyyətindən də bəhs etmişdir. Kiprin Birinci xanımı Sibel Tatar isə türk dövlətlərində qadınların cəmiyyət həyatının müxtəlif sahələrində layiq olduqları yeri tutmalarının sevindirici olduğunu bildirərək qadınlarımız arasında birliyin güclənməsinin bütün türk dünyası üçün ciddi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Çıxışlardan sonra Prezidentə və Birinci xanıma hədiyyələr təqdim olunmuşdur.