Media

“Rəsmi-işgüzar və elmi üslublarda dilimizin tətbiqi: uğurlarımız və problemlərimiz”

13.11.2023
“Rəsmi-işgüzar və elmi üslublarda dilimizin tətbiqi: uğurlarımız və problemlərimiz”

   Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru prof. Sevinc Əliyeva, direktor müavini dos. Gülarə Əmirova, şöbə müdirləri dos. Şahlar Məmmədov və Vəfa İsmayılova, baş mütəxəssis fil.ü.f.d Mətanət Xudiyeva, aparıcı mütəxəssislər Günel Hacıyeva və Səma Vəliyeva Bakı Mühəndislik Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasının təşkil etdiyi “Rəsmi-işgüzar və elmi üslublarda dilimizin tətbiqi: uğurlarımız və problemlərimiz” adlı dəyirmi masada iştirak etmişlər.

   Tədbirdə Azərbaycan dilinin müvafiq üslublarda tətbiqi zamanı ortaya çıxan problemlərdən bəhs olunmuş, onların aradan qaldırılması istiqamətində praktik həll yolları müzakirə edilmişdir. Həmçinin gənclərin şifahi və yazılı nitqdə Azərbaycan ədəbi dilinin normalarına riayət etmələrinin vacibliyi xüsusi vurğulanmışdır. Alınma sözlərin və terminlərin dilimizdə tətbiqi, eləcə də müxtəlif ad və soyadların transliterasiya məsələləri təhlil olunmuş, tələbələri maraqlandıran suallar Mərkəzin mütəxəssisləri tərəfindən cavablandırılmışdır.