Media

“Qətibə inanc” adlı tamaşa

25.06.2024
“Qətibə inanc” adlı tamaşa

   Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktor müavini dosent Gülarə Əmirova, şöbə müdiri Vəfa İsmayılova və mütəxəssis Vüqar Qurbanov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənmiş “Qətibə inanc” adlı tamaşaya (quruluşçu rejissor  Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşcu rəssam Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatı Kamil İsmayılov) baxıblar.

   Tamaşadan sonra yaradıcı heyətlə görüşən Monitorinq Mərkəzinin əməkdaşları aktyorların səhnə dili ilə bağlı fikirlərini dinləmiş, teatr səhnəsində Azərbaycan ədəbi dilinin tələffüz qaydalarının düzgün tətbiqi ilə bağlı geniş fikir mübadiləsi aparmışlar.