Layihələr

"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovla işgüzar görüş

05.01.2022
"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovla işgüzar görüş

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovla işgüzar görüş keçirmişdir. Görüş zamanı Sevinc Əliyeva Monitorinq Mərkəzinin fəaliyyəti, əldə olunan nailiyyətlər və qarşıda duran prioritet məsələlər barədə ətraflı məlumat vermişdir. Rəşid Məmmədov Yunanıstanda Azərbaycan dilinin təbliği və tədrisi məsələləri istiqamətində qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulamış, bu sahədə görüləcək işlərin son dərəcə əhəmiyyətli olduğunu nəzərə çatdırmışdır. Görüş zamanı beynəlxalq aləmdə Azərbaycan dilinin nüfuzunun yüksəldilməsi məqsədilə görüləcək işlər də geniş şəkildə müzakirə olunmuşdur.