Media
“Nəfəs və səsin idarə edilməsi”
30.09.2021
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində növbəti tədbir keçirilmişdir. Tədbirdə Monitorinq Mərkəzinin əməkdaşları iştirak etmişlər.
Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva tədbiri giriş sözü ilə açaraq bildirmişdir ki, davam edən silsilə tədbirlər Azərbaycan dilinin saflığının qorunması və düzgün tətbiqi ilə bağlı televiziya və radio aparıcıları, sayt nümayəndələri, Jurnalistika və Filologiya fakültələrinin tələbələri üçün təlimlərin təşkili istiqamətində hazırlıq işlərinin bir hissəsidir.
Tədbirdə Mərkəzin baş mütəxəssisi Kəmalə Mustafayeva və aparıcı mütəxəssis Türkanə İsrafilli “Nəfəs və səsin idarə edilməsi” mövzusunda məruzə ilə çıxış etmişlər. Məruzəçilər düzgün nəfəsalmanın nitq mədəniyyəti üçün önəmindən bəhs edərək praktik məşğələlərlə düzgün nəfəsalma və səsin qurulması texnikalarını nümayiş etdirmişlər.
Müzakirələrdə dosent Gülarə Əmirova, dosent Şahlar Məmmədov, dosent Mətanət Xudiyeva və başqaları çıxış edərək mövzunun aktuallığını vurğulamış, televiziya və radio aparıcılarının, gənc diktorların nitq vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlimlərin təşkilinin zəruriliyini qeyd etmişlər.