Media
Monitorinq Mərkəzində Müstəqillik Günü münasibətilə tədbir
27.05.2024
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində Müstəqillik Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Monitorinq Mərkəzinin aparıcı mütəxəssisi Günel Pənciyeva “Müstəqillik Günü dövlətçilik tariximizin parlaq səhifələrindən bir kimi”, Monitorinq Mərkəzində təcrübə keçən Bakı Avrasiya Universitetinin tələbəsi Nuranə Əsgərova isə “Məhəmməd Əmin Rəsulzadə yaradıcılığında azərbaycançılıq ideyaları” adlı məruzələrlə çıxış etmişlər. Tədbir təcrübəçilər – Nərgiz Zeynalzadə, Lamiyə Quliyeva tərəfindən səsləndirilən şeir və mahnı nümunələri ilə davam etmişdir.