Media

İnternet televiziyalarının da monitorinqə cəlb olunması nəzərdə tutulur.

11.11.2021
İnternet televiziyalarının da monitorinqə cəlb olunması nəzərdə tutulur.

Gələcəkdə internet televiziyalarının da monitorinqə cəlb olunması nəzərdə tutulur.

Bunu Trend-ə açıqlamasında Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva deyib.

Onun sözlərinə görə, internet televiziyaların fəaliyyətində də ciddi nöqsanlar var:

 "Azərbaycan dilinin saflığının qorunması qarşımızda duran əsas məsələlərdən biridir. Qüsurlar həddən artıq çoxdur və bu çox ciddi məsələdir. Sosial şəbəkələrdə Azərbaycan dilinin tətbiqinə ciddi şəkildə nəzarətə başlayanda, təbii ki, internet televiziyalar da monitorinqə cəlb olunacaq", - deyə qurum rəhbəri bildirib