“Heydər Əliyev və azərbaycançılıq ideologiyası” adlı elmi-praktik konfrans
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva və Mərkəzin mütəxəssisi Kəmalə Mustafayeva Biləsuvar rayonunda “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” adlı elmi-praktik konfransda iştirak etmişlər. Konfransın plenar iclasında prof. Sevinc Əliyeva “Heydər Əliyev və Azərbaycan dili”, Kəmalə Mustafayeva isə “Heydər Əliyevin televiziya və mediaya dəstəyi” adlı məruzələrlə çıxış etmiş, həmçinin konfransın panel formatında təşkil olunmuş hissəsində Şirvan – Salyan Regional Təhsil İdarəsinə tabe olan məktəblərin müəllimlərinin dilimizin saflığının qorunması istiqamətində suallarını cavablandırmışlar.