Layihələr

“Heydər Əliyev və Azərbaycan dili” adlı konfrans

11.04.2023
“Heydər Əliyev və Azərbaycan dili” adlı konfrans

     “Heydər Əliyev İli” çərçivəsində Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Heydər Əliyev və Azərbaycan dili” adlı konfrans keçirilmişdir. Konfransda iştirak edən Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva “Azərbaycan dilinin qorunması və inkişafında ümummilli lider Heydər Əliyevin rolu”, Mərkəzin baş mütəxəssisi fil.ü.f.d. Mətanət Xudiyeva “Heydər Əliyev və nitq mədəniyyəti” adlı məruzələrlə çıxış etmişlər.