Media
Əməkdar artist Nailə İslamzadə ilə görüş
20.02.2021
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində Beynəlxalq Ana Dili Günü münasibətilə tanınmış teleaparıcı, Əməkdar artist Nailə İslamzadə ilə görüş keçirilib. Görüş zamanı KİV-də Azərbaycan dilinin saflığının qorunması, o cümlədən televiziya aparıcılarının nitqlərində ədəbi dil normalarına əməl edilməsi ilə bağlı müzakirələr aparılıb. Teleaparıcı Monitorinq Mərkəzinin çox məsuliyyətli və əhəmiyyətli bir işlə məşğul olduğunu vurğulayaraq, kollektivə uğurlar arzulayıb və Monitorinq Mərkəzi ilə əməkdaşlığa hər zaman hazır olduğunu bildirib.