Media

Əbdürrəhim Ərdəbili Şirvaninin “Məzhər üt-türki” kitabının təqdimatı

17.11.2023
Əbdürrəhim Ərdəbili Şirvaninin “Məzhər üt-türki” kitabının təqdimatı

   Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva və direktor müavini dosent Gülarə Əmirova AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə Əbdürrəhim Ərdəbili Şirvaninin “Məzhər üt-türki” (tərtibçi, ön söz və şərhlərin müəllifi professor Nadir Məmmədli) kitabının təqdimatında iştirak etmişlər. Təqdimatı keçirilən kitabı Azərbaycan dilçiliyi üçün mühüm hadisə hesab edən Sevinc Əliyeva bu qəbildən olan kitablarda tərcümə məsələsinin vacibliyini vurğulamış, kitabın orijinaldan daha mükəmməl şəkildə təqdim olunduğunu bildirmişdir.