Media

Dublyaj aktyorları ilə görüş

01.11.2024
Dublyaj aktyorları ilə görüş

   Dublyaj aktyorları Ramil Zeynalov və Mahir Mirişli Monitorinq Mərkəzinin qonağı olmuşlar. Görüşdə dublyaj filmlərində Azərbaycan ədəbi dilinin normalarına riayət olunması, tərcümə zamanı dilimizin leksik və qrammatik qanunauyğunluqlarının gözlənilməsi kimi məsələlər müzakirə olunmuşdur. Dublyaj sənətinin incəliklərindən danışan qonaqlar həmin prosesdə ortaya çıxan çətinliklərdən – flektiv dildən aqlütinativ dilə tərcümə zamanı müvafiq söz və ifadələrin qarşılığının tapılmaması, səsləndirmə zamanı vizual görüntüyə uyğun olaraq hecaların düzgün nizamlanması, bəzən söz sırasının məqsədli dəyişdirilməsi və s. məsələlərdən bəhs etmiş, bu kimi problemlərin həlli istiqamətində Mərkəz ilə əməkdaşlıq etmək arzusunda olduqlarını bildirmişlər.  Qonaqlar həmçinin dublyaj filmləri ilə bağlı aparılmış monitorinqin nəticələrini yüksək qiymətləndirmiş, dilimizin saflığının qorunması və düzgün tətbiqi  istiqamətindəki fəaliyyətində Monitorinq Mərkəzinə uğurlar arzulamışlar.