Layihələr

“Dilimiz milli sərvətimizdir” mövzusunda elmi-praktik konfrans

24.12.2023
“Dilimiz milli sərvətimizdir” mövzusunda elmi-praktik konfrans

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “İrs” İctimai Birliyinin və Qırğız Respublikasının Prezidenti yanında Dövlət Dili və Dil Siyasəti üzrə Milli Komissiyasının birgə təşkilatçılığı ilə Bişkek şəhərində keçirilən “Dilimiz milli sərvətimizdir” mövzusunda elmi-praktik konfransda iştirak etmişdir.