“Beynəlxalq təhsil və dəyərlər” adlı simpozium
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru Mərziyyə Nəcəfova Şimali Kipr Türk Respublikasında işgüzar səfərdə olmuş, Kipr Elm Universitetində “Beynəlxalq təhsil və dəyərlər” adlı simpoziumda iştirak və çıxış etmişlər.
Səfər çərçivəsində Kipr Elm Universiteti və Monitorinq Mərkəzi arasında əlaqələrin qurulması, Azərbaycan dili və mədəniyyəti auditoriyasının yaradılması barədə Universitetin rektoru professor Yadigar İzmirli ilə razılığa gəlinmiş, Kipr Elm Universitetinin Qəyyumlar Şurasının sədri Fatma Nur Aydın ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva tərəfindən əməkdaşlıq memorandumu imzalanmışdır.