“AZLİNG 2024 – Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” mövzusunda ənənəvi beynəlxalq elmi konfrans
Oktyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi, “Regional İnkişaf” İctimai Birliyi və Neftçala rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “AZLİNG 2024 – Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” mövzusunda ənənəvi beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransın plenar iclasında çıxış edən Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva ana dilinin inkişafı və tədqiqi baxımından konfransın əhəmiyyətini vurğulamaqla Azərbaycan dilinin beynəlxalq aləmdə günbəgün artan nüfuzundan qürurla bəhs etmişdir. Direktor müavini dosent Gülarə Əmirova isə rəhbərlik etdiyi panel iclasında “Azərbaycanda dil siyasəti və dil planlaşdırılması” adlı məruzə ilə çıxış etmişdir.