Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyevanın Şimali Kipr Türk Respublikasına işgüzar səfəri
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva və Azərbaycanın nümayəndə heyəti Özbəkistan və Türkiyə respublikalarının nümayəndə heyətləri ilə birlikdə Şimali Kipr Türk Respublikasında işgüzar səfərdədirlər. Nümayəndə heyətlərinin ziyalı və işgüzar xanımları Şimali Kipr Türk Respublikası Məclisinin sədri Zorlu Törənin qəbulunda olmuşlar. Prof. Sevinc Əliyevanın Məclisdəki çıxışı böyük maraqla qarşılanmışdır. Çıxışında Türkiyə – Azərbaycan – Kipr dostluğunun tarixi və əhəmiyyətindən, bu işdə liderlərimizin böyük xidmətlərindən, xüsusilə də 2023-cü ilin yubileylər ili (Ulu öndərin 100, Türkiyə Respublikasının yaranmasının 100 və Şimali Kipr Türk Respublikasının yaranmasının 40) olduğunu qeyd etməklə böyük Atatürkün və ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dostluq və inkişaf strategiyasının bu gün də türk dövlətlərinin prezidentləri tərəfindən uğurla davam etdirilməsindən danışan prof. Sevinc Əliyeva Zorlu Törəyə üzərində Türk dünyasının mədəniyyət paytaxtı və Qarabağın incisi Şuşamızın təsviri əks olunmuş hədiyyə təqdim etmişdir.