Media

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyi arasında əməkdaşlıq memorandumu

22.01.2024
 Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyi arasında əməkdaşlıq memorandumu

   Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyi  arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Memorandumda reklam şirkətlərinin təbliğ etdikləri çap, elektron və vizual mediadakı reklamlarda dövlət dilinin norma pozuntularını müəyyənləşdirmək, təhlil etmək, mövcud problemlərin aradan qaldırılması istiqamətində müzakirələr və maarifləndirmə işlərini aparmaq, ədəbi dildən düzgün istifadə, dil və nitq mədəniyyətinin yüksəldilməsi məqsədilə müvafiq təlimlər təşkil etmək və.s məsələlər öz əksini tapmışdır.

   Görüşdə Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva və RMİD-in İdarə Heyətinin sədri Xəyalə Mütəllimova tərəfindən imzalanan memorandumun reklamlarda Azərbaycan dilinin saflığının qorunması və düzgün tətbiqinə töhfə verəcəyi vurğulanmışdır.