Layihələr

“Azərbaycan dilinin saflığının qorunması: problemlər və həlli yolları” adlı seminar

06.04.2024
“Azərbaycan dilinin saflığının qorunması: problemlər və həlli yolları” adlı seminar
   Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə “Azərbaycan dilinin saflığının qorunması: problemlər və həlli yolları” adlı seminar keçirilmişdir.
   Seminarda Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, direktor müavini dosent Gülarə Əmirova, Filologiya fakültəsinin müəllim və tələbələri iştirak etmişlər.