Media
“Azərbaycan dilindən istifadə: uğurlar, problemlər və vəzifələr” mövzusunda dəyirmi masa
03.07.2024
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan dilindən istifadə: uğurlar, problemlər və vəzifələr” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva “Dövlət dilinin saflığının qorunması və düzgün tətbiqi Monitorinq Mərkəzinin əsas fəaliyyət istiqaməti kimi” adlı məruzə ilə çıxış etmişdir.