Media
“Azərbaycan dili müzəffər ordumuzun dilidir”
28.04.2023
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ixtisaslaşdırılmış hərbi ali təhsil müəssisələrinin tələbələri arasında “Azərbaycan dili müzəffər ordumuzun dilidir” adlı esse müsabiqəsi elan edir.
Müsabiqənin keçirilməsində məqsəd əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasir ordu quruculuğu siyasətinin dərindən öyrənilməsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə tarix yazan, dünyanın inkişaf etmiş silahlı qüvvələri arasında özünə layiqli yer tutan müzəffər ordumuzun istər döyüş, istərsə də mənəvi-psixoloji hazırlığının güclənməsi, yeni nəslin vətənpərvərlik ruhunda formalaşması, eləcə də gənc zabitlərimizdə yazılı və şifahi nitq vərdişlərinin düzgün inkişafı işinə töhfə verməkdir.
Müsabiqənin şərtləri:
• yazılar Azərbaycan dilində olmalı, bundan əvvəl dərc edilməməlidir;
• hər müəllif yalnız bir yazı ilə iştirak etməlidir.
Yazının tərtibinə qoyulan tələblər:
• mətnin formatı: “Microsoft Word”;
• yazının şrifti: Arial, 14;
• yazının həcmi: 3-4 səhifə;
• sətirlərarası məsafə: 1,5.
Müsabiqədə iştirak etmək istəyənlər yazının elektron variantını 2023-ci il iyunun 1-dək info@monitorinqmerkezi.az imeyl ünvanına göndərə bilərlər (yazılar antiplagiat proqramı vasitəsilə yoxlanılacaqdır).
Qaliblərə diplom və hədiyyələr təqdim olunacaqdır.