"Apa.az"a özəl müsahibə
“Televiziyalarda ayrı-ayrı səslərin, söz və ifadələrin, qrammatik formaların yanlış tələffüzü, vurğunun yerində işlənməməsi adi hala çevrilib”.
APA xəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktor müavini Gülarə Əmirova “Televiziyaların dili monitorinq aynasında” adlı tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, monitorinq zamanı leksik vahidlərin aid olmadığı mənada işlədilməsi, söz və ifadələrin lüğəvi mənalarının müəlliflər tərəfindən tam mənimsənilməməsi və ya onların lüzumsuz şəkildə mətnə daxil edilməsi kimi ciddi nitq nöqsanlar aşkarlanıb.
“Həmçinin ədəbi dil normalarının pozulması fonunda ən çox üslubi səhv və xətalara yol verilməsi təəssüf doğuran məqamdır”, – Gülarə Əmirova deyib.