“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Şəki şəhər R.Əfəndiyev adına 10 nömrəli tam orta məktəbdə tədbir
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, direktor müavini dosent Gülarə Əmirova və şöbə müdiri dosent Şahlar Məmmədov Şəki şəhərinə ezam olunublar. “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Şəki şəhər R.Əfəndiyev adına 10 nömrəli tam orta məktəbdə, Baş Zəyzid kənd tam orta məktəbində və Şəki şəhər 12 nömrəli tam orta məktəbdə, həmçinin Şəki şəhərində fəaliyyət göstərən “Kanal-S” yerli televiziya şirkətində görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Şəki şəhər R.Əfəndiyev adına 10 nömrəli tam orta məktəbdə tədbir keçirilmişdir. Tədbirdə Mərkəzin direktoru professor Sevinc Əliyeva, direktor müavini dosent Gülarə Əmirova və şöbə müdiri dosent Şahlar Məmmədov, həmçinin 10 nömrəli tam orta məktəbin direktoru Büllur Abdulsəlimli və müəllim-şagird heyəti iştirak etmişdir.
Çıxış edənlər – Büllur Abdulsəlimli, Sevinc Əliyeva və Şahlar Məmmədov Azərbaycan dilinin təbliği, orta məktəblərdə ana dilinin tətbiqi, Azərbaycan dilində səlis danışıq və düzgün yazı vərdişlərinin formalaşdırılmasından bəhs etməklə bu istiqamətdə mövcud problemlərin həllinə dair tövsiyə və təkliflərini tədbir iştirakçılarının nəzərinə çatdırmışlar.
Dosent Gülarə Əmirova tərəfindən keçirilmiş interaktiv təlimdə fəal iştirak edən şagirdlər müxtəlif hədiyyələrlə mükafatlandırılmışdır.
Şagirdlərin təqdimatında “Şirin dil” mahnısı, ümummilli lider Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və digər ziyalılarımızın dilimizlə bağlı müxtəlif aforizimləri, eləcə də “Elə yox, belə” interaktiv oyunu tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.