Layihələr

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Bakı şəhəri Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbdə tədbir

17.04.2024
“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Bakı şəhəri Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbdə tədbir

   Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Bakı şəhəri Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbdə tədbir keçirilmişdir. Tədbirdə Mərkəzin direktoru professor Sevinc Əliyeva, mütəxəssislər Gülnar İsmayılova və Günel Cəbrayılova, həmçinin 36 nömrəli tam orta məktəbin müəllim-şagird heyəti iştirak etmişdir.

   Görüşdə Azərbaycan dilinin mövcud vəziyyəti, orta məktəblərdə ana dilinin tətbiqi, Azərbaycan dilində səlis danışıq və düzgün yazı vərdişlərinin inkişafı istiqamətində fikir mübadiləsi aparılmışdır.

   Mütəxəssis Gülnar İsmayılova tərəfindən keçirilmiş interaktiv təlimdə fəal iştirak edən şagirdlər müxtəlif hədiyyələrlə mükafatlandırılmışdır. Məktəbin 6-cı sinif şagirdlərinin ifalarında “Şirin dil” mahnısı böyük maraqla qarşılanmış, tədbir iştirakçıları tərəfindən təqdir olunmuşdur.