Layihələr

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Bakı şəhəri Ədalət Abbasov adına 257 nömrəli tam orta məktəbdə tədbir

30.03.2024
“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Bakı şəhəri Ədalət Abbasov adına 257 nömrəli tam orta məktəbdə tədbir

   Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Bakı şəhəri Ədalət Abbasov adına 257 nömrəli tam orta məktəbdə tədbir keçirilmişdir. Tədbirdə Mərkəzin direktoru professor Sevinc Əliyeva, mütəxəssislər Gülnar İsmayılova, Günel Cəbrayılova və Səddam Muxtarlı, həmçinin 257 nömrəli tam orta məktəbin direktoru Karat Karatov və müəllim-şagird heyəti iştirak etmişdir.

   Tədbirdə Azərbaycan dilinin mövcud vəziyyəti, orta məktəblərdə ana dilinin tətbiqi, Azərbaycan dilində səlis danışıq və düzgün yazı vərdişlərinin inkişafı istiqamətində fikir mübadiləsi aparılmışdır.

   Mütəxəssis Gülnar İsmayılova tərəfindən keçirilmiş interaktiv təlimdə fəal iştirak edən şagirdlər müxtəlif hədiyyələrlə mükafatlandırılmışdır. Şagirdlərin səsləndirdiyi şeir nümunələri böyük maraqla qarşılanmış, Mərkəzin əməkdaşları tərəfindən təqdir olunmuşdur.