Layihələr

“Ana dili və ziyalı təəssübkeşliyi” adlı layihə çərçivəsində Mübariz Qurbanovla görüş

08.04.2022
“Ana dili və ziyalı təəssübkeşliyi” adlı layihə çərçivəsində Mübariz Qurbanovla görüş
 Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Ana dili və ziyalı təəssübkeşliyi” adlı layihə çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya fakültəsinin dekanı, Reklam və birja kafedrasının yaradıcısı və ilk müdiri olmuş dos. Mübariz Qurbanovla görüş keçirilmişdir. Görüşdə Mərkəzin əməkdaşlarından Nərmin İsmayıl, Günel Cəbrayılova və Natəvan Rəhmanova iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru professor Sevinc Əliyeva qurumun fəaliyyəti və ana dilinin saflığının qorunması istiqamətində görülən işlər barədə məlumat vermiş, həyata keçirilən yerli və beynəlxalq layihələrin əhəmiyyətini nəzərə çatdırmışdır.
   Dos. M.Qurbanov reklamların inkişaf tarixi, onların tərtibində ortaya çıxan çətinliklər və aradan qaldırılması istiqamətində görülən işlərdən bəhs etmiş, həmçinin şəhərimizin küçə və prospektlərində, regionlardakı reklam lövhə və daşıyıcılarında dilimizin mövcud vəziyyətindən ciddi narahatlığını xüsusi vurğulamışdır.
   Bu istiqamətdə görüşlərin davamlılığının əhəmiyyətini qeyd edən prof. Sevinc Əliyeva maraqlı görüşə və dərin məzmunlu çıxışına görə qonağa minnətdarlığını bildirmişdir.