Azərbaycanın Türkiyədəki Səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla görüş
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva Türkiyəyə səfəri çərçivəsində Azərbaycanın Türkiyədəki Səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla görüşmüşdür. Diplomatik müstəvidə keçirilən görüş zamanı Samir Abbasov rəhbərlik etdiyi Mərkəzin təşəbbüsü ilə türk dilinə tərcümə olunan nəşrlər, eləcə də dilimizin və ədəbiyyatımızın təbliği ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə məlumat vermişdir. Görüşdə həmçinin Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ilə Türkiyədəki Səfirliyin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi arasında qarşılıqlı elmi-mədəni əməkdaşlıq münasibətlərinin perspektivləri müzakirə edilmiş, Azərbaycan dilinin təbliği və tədrisi istiqamətində birgə layihə və tədbirlərin həyata keçirilməsinə dair razılıq əldə olunmuşdur.